İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


10.04.2017  17:55 

Qulu Məhərrəmli yenidən efirdə





A+  A-

Tanınmış jurnalist Güney Azərbaycan Televiziyasında aparıcılığa başladı
Güney Azərbaycan televiziyasında (GünAz TV) telejurnalist, professor Qulu Məhərrəmlinin aparıcılığı ilə “Mətbuat aynasında” adlı yeni proqram yayımlanmağa başlayıb.

XəzərNews.az xəbər verir ki, proqramın ilk buraxılışında görkəmli şair Musa Yaqub və “Yeni nəsil” jurnalistlər birliyinin sədri Arıf Əliyevlə birgə mətbuat və cəmiyyət mövzusu müzakirə edilib.

Q.Məhərrəmli bildirib ki, peyk televiziyası ilə efirə çıxan verilişdə ictimai-mədəni həyatımızın müxtəlif məsələlərinın mətbuatda əksi, çağdaş problemlər, tarix və milli düşüncə cərəyanları, ölkə mediasının durumu və s. məsələlər işıqlandırılacaq.

Onun sözlərinə görə, müzakirələrdə təkcə media təmsilçiləri yox, müxtəlif peşə sahibləri, tanınmış mütəxəssis-alimlər, o cümlədən siyasətçilər də iştirak edəcəklər.

Xatırladaq ki, 2004-cü ildə təsis olunmuş Güney Azərbaycan Televiziyası (GünAz TV) müstəqil media qurumudur və ABŞ-ın Çikaqo şəhərindən Hotbird (13 dərəcə Şərq) və Selstar (1215 dərəcə Qərb) peykləri ilə yayımlanır. Telekanalı Feysbukda gunaz.tv səhifəsindən də izləmək mümkündür.


Xəbər 2289 dəfə oxunub.




29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +