Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


19.04.2025  09:32 

Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia





A+  A-

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova özünün və uşaqlarının həyatına ciddi təhlükə yarandığını bildirib.

XəzərNews.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinə müraciətində bildirib.

"Keçmiş MTN Eldar Mahmudovun əlaltısı olmuş, müxtəlif qadınları və kişiləri şəxsi görüntülərlə şantaj etdiyi bilinən Vüsal Həsənov bu günlərdə mənim və övladlarımın həyatına ciddi təhlükə yaradıb.Yaxın keçmişdə ailəm haqqında sosial şəbəkələrdə yayılan təhqiramiz videoların müəllifi məhz Vüsal Həsənov olmuşdur. Bu barədə DİN artıq məlumatlı idi və həmin videolar platformalardan silinmişdir.

Bundan əlavə, Vüsal Həsənovun həyat yoldaşı – diplomu olmayan, lakin özünü həkim kimi təqdim edən Gül Əliyeva – Gəncədə Gülbəniz adlı gənc bir qıza cərrahi əməliyyat apararaq onun ölümünə səbəb olmuşdur. Bu hadisə ilə bağlı Gülbənizin ailəsi ilə VMR klinikası arasında razılaşma əldə edilsə də, mən bu məsələyə məhz həkimlik ixtisası olmayan bir şəxsin qanunsuz cərrahiyyə əməliyyatı aparması baxımından diqqət çəkmişdim.



Bu məsələni ictimailəşdirdiyim üçün Gülbənizin atası Eldəniz, Vüsal Həsənovun təhriki ilə, bir neçə dəfə məni təhdid etmişdir. Uzun fasilədən sonra bu gün o, birbaşa mənə və övladım Fərhada zəng edərək, onu və qardaşını öldürəcəyini bildirib.

Telefon danışığında özünü Moskvada yaşayan iş adamı kimi təqdim edərək, qanuni oğrularla bağı olduğunu xatırladaraq “adam tutmuşam, hər ikinizi öldürəcəyəm” sözlərini açıq şəkildə işlətmişdir. Bu açıq təhdidlər mənim və övladlarımın həyatı üçün ciddi təhlükədir. Övladlarım ABŞ vətəndaşıdır və o, bu gün rəsmi şəkildə bu təhdidlərlə bağlı Amerika hökumətinə də müraciət edəcək. Mən Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına və aidiyyəti dövlət qurumlarına müraciət edirəm: bu məsələ araşdırılmalı, Vüsal Həsənov və onunla əlbir olan şəxslərin cinayət məsuliyyəti qanun çərçivəsində təmin olunmalıdır.

Əgər bizim hər hansı birimizin başına bir iş gələrsə sifarişin Bakıdan gəldiyini və Moskvadakı qanuni oğrular vasitəsi ilə işlədildiyini bilmiş olun", - deyə jurnalist bildirib.




Xəbər 2725 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +