Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


10.05.2023  13:00 

Ankarada Heydər Əliyevin 100 illiyi qeyd olundu - Fotolar





A+  A-

Ankarada Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

XəzərNews.az xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə baş tutub. İlk öncə Turkiyə-Azərbaycan himnləri səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.

Tədbirdə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri, professor Aygün Əttar, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Türkiyə prezidentinin müşaviri Mücahit Küçükyılmaz, Türkiyə Daxili İşlər Nazirliyi Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin rəisi Əhməd Türköz, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Azəri-Türk Qadınları ictimai birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycanın və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ictimai birliyinin sədri İlham İsmayılov, Qərbi Azərbaycan İcmasının nümayəndəsi Zaur Məmmədov çıxış ediblər. Çıxışçılar Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında fədakar xidmətlərindən, Azərbaycan-Türkiyə dostluq və qardaşlığının tarixi köklərindən, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ikitərəfli və çoxtərədli beynəlxalq əlaqələrin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gərgin fəaliyyəti nəticəsində artıq yüksək inkişaf səviyyəyə çatmasından və hazırda Türkiyə ilə strateji əməkdaşlıq sayəsində regionda sülhün, təhlükəsizliyin təmin olunmasından danışıblar.

Tədbir konsert proqramı ilə yekunlasıb. Qeyd edək ki, nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində keçirilmiş anım tədbirində iştirak etməklə yanaşı, bir sıra görüşlər keçirəcək və dağıdıcı zəlzələyə məruz qalan Kahramanmaraş bölgəsini ziyarət edəcək.










Xəbər 942 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +