Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


22.11.2022  14:28 

Rejissor tənqid etdi, onlar da yoxlamalar başladı...





A+  A-

Mədəniyyət Nazirliyi Kukla Teatrında yoxlamalara başlayıb.

İddialara görə, bu yoxlamalara səbəb Kukla Teatrının rejissoru Səidə Haqverdiyevanın ötən həftə müsahibələrinin birində Mədəniyyət Nazirliyini tənqid etməsidir. Bu barədə jurnalist Ağa Cəfərli sosial şəbəkə hesabında yazıb:

“Bir həftə əvvəl Kukla Teatrının rejissoru Səidə Haqverdiyeva mənə verdiyi müsahibədə Mədəniyyət Nazirliyindəki mövcud vəziyyətlə bağlı narazılıq etmişdi. Güman ki, bu yoxlama teatrın rəhbərliyinə təzyiq məqsədi güdür. Ki, mətbuatda onlar haqda tənqidi nə isə getməsin və azad fikri, tənqidi susdursunlar. Xatırladım ki, Səidə Haqverdiyeva teatrın direktoru Rəşad Əhmədzadənin həyat yoldaşıdır. Güzgünü sındırmaq yox, tənqidlərdən nəticə çıxarmaq lazımdır. Tənqid olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Gözü çıxmış qardaşdan öyrənməyin vaxtı çoxdan keçib”.

Xatırladaq ki, S.Haqverdiyeva müsahibəsində Mədəniyyət Nazirliyinin teatra qarşı ögey münasibətindən gileylənmişdi:

“Bu yaxınlarda rejissor Namiq Ağayevin 60 illik yubiley gecəsini keçirdik. Tədbirdə Azərbaycan mədəniyyəti və incəsənətinin görkəmli nümayəndələri iştirak etdilər. Lakin bir neçə gün öncədən dəvət olunduqları halda Mədəniyyət Nazirliyindən bir nəfər də olsun yubileyə gəlmədi. Bir-iki teatrı nəzərə almasaq, nazirliyin müvafiq şöbəsinin bu sahəyə ögey münasibəti var. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına xarici ölkələrdən dəvət gəlir. Mədəniyyət Nazirliyi deyir ki, bizim sizi festivala göndərməyə büdcəmiz yoxdur. Biz dəvət eləyən ölkənin imkanlarıyla festivala qatılırıq. Qısa vaxtdan sonra xəbər tuturuq ki, başqa teatr daha böyük heyətlə məhz Mədəniyyət Nazirliyinin dəstəyi ilə festivala gedir. Bu zaman hansı ədalətli münasibətdən söhbət gedə bilər? Bu haqsızlıqdır”./Yenisabah.az

Xəbər 1065 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +