Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?
Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski


15.02.2017  13:16 

Köçkünlərlə bağlı fərman niyə dəyişdirildi? - Əli Həsənov AÇIQLADI





A+  A-


Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ölkə prezidentinin dünən imzaladığı "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" fərmana dəyişiklik edilməsi barədə fərmanı şərh edib.

Komitə sədri deyib ki, Fərmanın 1.2-ci hissəsinin 1-1.-ci bəndinə əsasən, sayğacların quraşdırılması texniki baxımdan mümkün olmayan yerlərdə həm elektrik enerjisinə, həm qaza, həm də suya görə ödəniş 2017-ci ilin 1 yanvarından "Qaçqınkom" tərəfindən əvvəlki qaydada və əvvəlki limitə uyğun olaraq ödəniləcək. Elə yerlər var ki, orda qaz da, elektrik enerjisi də, su da var, sadəcə onlar texniki baxımdan elə bir vəziyyətdədir ki, ora yaxın günlərdə texniki baxımdan sayğac quraşdırmaq qeyri-mümkündür. Söhbət yataqxanalardan, pansionatlardan, yarımçıq tikililərdən gedir.

Ə. Həsənov deyib ki, Fərmanın növbəti bəndi qaz olmayan yerlərdə məskunlaşan məcburi köçkünlərə aiddir: "Nazirlər Kabineti 3 gün ərzində limitləri müəyyənləşdirəcək və 15 gün ərzində qazlaşdırma proqramını və Azərbaycan prezidentinin  fərmanlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliklərini ölkə başçısına təqdim edəcək. Elektrik enerjisinə görə limit müəyyənləşəcək və bu limit də "Qaçqınkom" tərəfindən mərkəzləşmiş qaydada "Azərişığ"a ödəniləcək. Bu zaman elektrik enerjisinə görə limit dəyişəcək, çünki bu obyektlərdə qaz yoxdur, tam sərfiyyat olur. Su, qaz isə yenə əvvəlki qaydalara uyğun mərkəzləşmiş qaydada ödəniləcək".

Komitə sədrinin sözlərinə görə, bu işi başa çatdırmaq üçün "Qaçqınkom", yerli icra hakimiyyətləri, işğal altındakı icra hakimiyyətləri və kommunal xidmət təşkilatları ciddi işləməlidir: "Bu qəbildən olan insanların kompakt yaşadıqları obyektlərin sayı, ünvanı, adı, orda yaşayan əhalinin ümumi sayı var, amma əvvəlki qaydada 20 manat ödəmək üçün çox qısa müddətdə müvafiq qurumlar komitəyə adlı siyahı təqdim etməlidir. Heç kimdə belə bir fikir formalaşmasın ki, nə üçün 20 gündən sonra fərmanda dəyişiklik oldu. Bu dəyişiklik olacağı bilinirdi, dekabr ayında ölkə başçısı tərəfindən tapşırıq verilmişdi ki, yanvar ayında monitorinq aparılsın. Biz bu monitorinqi apardıq, sərfiyyat müəyyənləşdi. Biz artıq bilirik, bir adam və bütün ailə kommunal xidmətlərə görə nə qədər sərfiyyat edib. Prezident bunların hamısını yoxlayandan sonra yenidən məcburi köçkünlərə doğru bir addım atdı".

Qeyd edək ki, məcburi köçkünlərdə fərmana dair hansısa sual yaranarsa, onlar Komitənin 4312907, 4315159, 4300922, 5308237, 4300923 telefonlarına zəng edə bilərlər.

(lent.az)



Xəbər 1593 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +