Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


20.06.2018  19:17 

DMX rəisi: “Ürək ağrısı ilə deməliyik ki...”





A+  A-

"Bu gün beynəlxalq təşkilatlar qaçqınlıq problemini yaradan səbəblərdən çox nəticələrə köklənib. İllər üzrə artan statistikanı görürüksə, demək qlobal yanaşmada da dəyişiklər edilməlidir"
XəzərNews.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdə deyib. O bildirib ki, vəziyyətin əsas səbəblərindən biri də ikili yanaşmalar, münaqişələr, güc mərkəzlərinin bu məsələyə olan laqeyd yanaşmasıdır.

"Qlobal səviyyədə səylər nə dərəcədə əhəmiyyətlidirsə, yerli səviyyədə də yanaşma çox əhəmiyyətlidir. Burada cəmiyyətin bütün üzvlərinin səyləri çox vacibdir. Ölkəmizdə bu sahədə əlaqələndirmə və koordinasiya çox yüksək səviyyədə tətbiq olunub. Ürək ağrısı ilə və təəssüf hissi ilə də olsa deməliyik ki, Azərbaycan qaçqınlarla bağlı problemin bir qismini həll edib. Bu bir təcrübədir, ancaq təəssüf ki, bu problemlər sosial məsələləri həlli ilə bitmir. Biz bu şəxslərin öz ölkələrinə qayıtmasına fokuslaşmalıyıq".

V.Hüseynov bildirib ki, Azərbaycan digər ölkələrdən gələn qaçqınlara da yardım edir.

"Bu şəxslərin saxlanması, onlara ilkin yardımların göstərilməsi, təhsil, sosial məsələləri dövlətin diqqətindədir. Heç bir şəxs arzu və istəyi ilə qaçqın olmur, onun bu vəziyyətdən çıxması özü ilə mümkün olmur. Hesab edirəm ki, bu insanlar üçün ümid beynəlxalq təşkilatlar, yanaşmadır. Ümid real nəticələrə gətirə bilər"

Xəbər 1260 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +