Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


15.06.2018  12:05 

Arif Əsgərovun baldızı oğlunun işindən 2 şikayət





A+  A-

8 milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən vətəndaş Emil Hüseynovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
XəzərNews.az-ın məlumatına görə, E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. E.Hüseynov digər zərərçəkənlərdən də aldıqları ilə birlikdə ümumi olaraq təxminən 8 milyon manat pul mənimsəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Hüseynov 9 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olduğu üçün məhkəmə zalında həbs olunub.

Hökmdən hər iki tərəf narazı qalıb. E.Hüseynov cəzanın yüngülləşdirilməsi üçün, zərərçəkmişlər isə dəymiş ziyanın ödənilmısi üçün apellyasiya şikayəti veriblər. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədovun icraatında baxılır. Proses iyulun 2-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən E.Hüseynov “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğludur. Onun qardaşı Rahib Hüseynovun məhkəməsi hazırda davam edir. Bu işdə bir neçə yüksək vəzifəli məmurun adı keçir. R.Hüseynov biznesi həmin şəxslərlə birgə qurduğunu deyib.

Xəbər 1462 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +