Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb
Yanukoviç dövrünün siyasətçisi saxlanılıb
Şəhid olan üç hərbçinin dəfn mərasimi keçirildi
Raket düşən səfirliyimiz - Video
Azərbaycan Rusiyaya nota verdi
Masazırda qanunsuz tikililər söküldü
Bu komissiyanın tərkibi genişləndirildi - FƏRMAN
Türkiyədə əməliyyat – Azərbaycan polisi...
Doğum azalır: 10,1-dən 9,4-ə düşüb
9 ayda 15480 boşanma qeydə alınıb


11.08.2023  10:01 

Hər yerdə bir məmur-biznesmen görəcəksiniz...





A+  A-

Sosiologiyada adına "Məmur Qısqanclığı" deyilən bir mərəz var. Nədir "məmur qısqanclığı?"

Vəzifə kimliyinin hakimiyyətin himayəsi altında böyüyərək inzibati sərhədləri aşıb elmin, sənətin, biznesin ərazilərinə təcavüz etməsi və bu ərazilərdə burnunun ovulmasının qisasını vəzifə səlahiyyətlərindən istifadə edərək əsl elm, sənət, biznes adamlarından almağa and içməsi.

Bu cür adamlar ya sənətin, elmin, biznes mühitinin imkanlarından yararlanaraq vəzifə əldə edənlər olur, ya da vəzifə əldə etdikdən sonra sənətin, elmin, biznesin imkanlarına göz tikənlər.

Baxın Azərbaycan elminə, ədəbiyyatına, biznes sektoruna - hər yerdə əsl alimi, əsl şairi, əsl biznesmeni özünün vəzifə səlahiyyətləri ilə əzib yox etməyə çalışan bir məmur-alim, məmur-yazıçı, məmur-biznesmen görəcəksiniz.

Ümumiyyətlə, mədəniyyətimizin bugünkü durğunluğunun daha bir səbəbi də onun sovet dönəmində yoluxduğu "məmur qısqanclığı" xəstəliyindən əziyyət çəkməsinə bağlıdır. Mədəniyyətin əsl sahiblərinin taxtında məmur alimlərin, məmur şairlərin, məmur biznesmenlərin əyləşməsidir.

Yaradıcılığın vacib şərti olan alçaqkönüllülük heysiyyatından min ağac uzaq olan bu tip məmur-yaradıcılar, adətən, yenini yarada bilmək potensialına sahib olmadıqları üçün mədəni mirasa sığınıb, onunla, bir növ, parazit münasibətdə olurlar. Buna görə də qidalandıqları mövcud mədəniyyətə yönəlik istənilən dəyişiklik cəhdini özlərinin məhvi kimi görürlər. Mədəni yeniliyi onları yox edəcək təhdid kimi dəyərləndirirlər.

Buna görə hər vəchlə paraziti olduqları köhnəni qoruyurlar. Füzulinin, Cavidin, Hacıbəylinin və s. mədəni avtoritetinin kölgəsində şəxsi məqsədlərini rahat gerçəkləşdirə bildikləri üçün mədəniyyətin yalnız keçmiçdə yaradılan obrazının üstündə əsirlər. Və belə bir fikir formalaşdırırlar ki, Azərbaycan qadınları day Nizami Gəncəvi, Nəsimi, Seyid Əzim filan doğa bilməz. Mədəniyyət keçmişdə baş verən hadisədir.

Əlimizdə olanlardan bərk-bərk yapışmalıyıq. "Xalq yazıçıları"nın tez-tez cəmiyyətdən daha çox hökumətə eşitdirdikləri "daha ədəbi hadisə baş vermir" kərənayı da xalqın boynuna qoyduqları "mədəni qısırlığın" diaqnozudur.

Yəni ey cəmiyyət sənə deyirəm, ey hökumət sən eşit, bir mahnıda deyildiyi kimi: "Bizdən bir də olmayacaq!"

Onların özlərini mədəniyyət fədailəri kimi aparması artıq bioloji kimliklərinə xidmət edən özünüqoruma instinktidir.

Mədəniyyətin inkişafına nail olmaq üçün ilk növbədə onun bu sosioloji mərəzini müalicə etmək lazımdır. Əlbəttə, mədəniyyət xadiminə diqqət hər kəsin borcudur, ancaq bu diqqət mədəniyyətin xədimliyi hesabına olmamalıdır deyə bir fikir gəlir ağlıma.

Aqşin Yenisey

Xəbər 2655 dəfə oxunub.




14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video

14.11.2025  15:59 

Azərbaycan Rusiyaya nota verdi

14.11.2025  15:21 

“Aztelekom”da nə baş verir?

14.11.2025  12:54 

“Səs” qəzeti niyə bağlanır?

14.11.2025  12:05 

75 yaşlı kişini əsir etmisiz

14.11.2025  11:58 

Sabirabadda qətl: Güllələdi...


BÜTÜN XƏBƏRLƏR +