Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb
Yanukoviç dövrünün siyasətçisi saxlanılıb
Şəhid olan üç hərbçinin dəfn mərasimi keçirildi
Raket düşən səfirliyimiz - Video
Azərbaycan Rusiyaya nota verdi
Masazırda qanunsuz tikililər söküldü
Bu komissiyanın tərkibi genişləndirildi - FƏRMAN
Türkiyədə əməliyyat – Azərbaycan polisi...
Doğum azalır: 10,1-dən 9,4-ə düşüb
9 ayda 15480 boşanma qeydə alınıb


25.12.2021  15:00 

Paşinyan da “status”a nöqtə qoyur – ŞƏRH





A+  A-

Ermənistanın baş naziri Nikol Paşinyan 2019-cu ilin avqust ayında Xankəndidə səsləndirdiyi tezisin üzərindən böyük bir xətt çəkən açıqlama ilə çıxış edib.

Paşinyan Azərbaycan torpaqları işğal altında qalanda “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi özü bu tezisini darmadağın edir.

Səbəb isə aydındır:

1. Azərbaycanın İkinci Qarabağ Müharibəsində Ermənistan üzərində həlledici qələbəsi,

2. postmünaqişə dövründə yekun sülh müqaviləsinin imzalanması üçün aparılan danışıqlarda Azərbaycan tərəfinin sarsıdıcı diktələri,

3. Azərbaycanın postkonlikt zamanında Ermənistanla sərhəddə əhəmiyyətli üstünlük qazanması,

4. Bakının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində müşahidəsini gücləndirməsi, hər hansı təxribata adekvat cavablar verilməsi,

5. Ermənistanın qeyri-konstruktiv mövqeyinin beynəlxalq dəstək qazanması.

İndi Nikol Paşinyanın İrəvanın uydurma statuslu əraziləri Azərbaycan ərazisi kimi xarakterizə etməsi danışıqlar üzərindən bəzi sirr pərdələrini qaldırır.

Paşinyan deyir ki, əvvəllər ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi ilə statusun dəqiqləşdirilməsi məsələsi BMT Təhlükəsizlik Şurasına verilib. Ancaq Təhlükəsizlik Şurasının qərarlarında Qarabağ Azərbaycan ərazisi kimi təsbit edilib.

Paşinyan Azərbaycanla hərtərəfli sülh müqaviləsi imzalamağa razı olduğunu bəyan edir, bunun paralelində isə özlərinin tez-tez dilə gətirdiyi “statuslu zonaları” Azərbaycan ərazisi olduğunu bildirir. Qəbul edir ki, həmin ərazilər Azərbaycanın yurisdiksiyasına daxildir, buna görə də, Azərbaycan Konstitusiyasının müddəalarının həmin yerlər üçün keçərli olduğunu qabardır.

Bu nə deməkdir?


1. Prezident İlham Əliyev Rusiyanın və Qərbin təşəbbüsləri ilə keçirilən görüşlərdə yekun sülh müqaviləsi üçün şərti budur ki, Rusiya sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərindəki ermənilər yalnız Azərbaycanın hüquq sisteminin altına girməyə məcburdur,

2. İlham Əliyev əvvəllər də deyib ki, qondarma status məsələsi müzakirə mövzusu ola bilməz, indi isə aydın olur ki, artıq Ermənistan da bu məsələdə dirəniş göstərə bilmir və masada üzərinə diktəedici şərtlər qoyulur.

Tək qaldığını və küncə sıxışdırıldığını dərk edən Nikol Paşinyan indi daha praqmatik mövqe nümayiş etdirir, yəni, bu, məcburiyyətdən doğan bir nümayişdir.

Noyabrın 26-də Soçidə, ardınca, dekabrın 13-də Brüsseldə keçirilən görüşlərin nəticəsinə dair qəbul eidlən bəyanatlarda da saxta status məsələsinə bir kəlmə də olsun vurğu edilmir.

Aqşin Kərimov


Xəbər 3120 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video

14.11.2025  15:59 

Azərbaycan Rusiyaya nota verdi

14.11.2025  15:21 

“Aztelekom”da nə baş verir?

14.11.2025  12:54 

“Səs” qəzeti niyə bağlanır?

14.11.2025  12:05 

75 yaşlı kişini əsir etmisiz

14.11.2025  11:58 

Sabirabadda qətl: Güllələdi...


BÜTÜN XƏBƏRLƏR +