Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


07.12.2022  11:23 

Rauf Arifoğdan Vasif Talıbovla bağlı şok iddialar...





A+  A-

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu canlı efirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov haqqında şok iddialar səsləndirib.

XəzərNews.az xəbər verir ki, Rauf Arifoğlu indiyədək bir çox jurnalistlərin Vasif Talıbov tərəfindən təzyiqlərə məruz qaldığını deyib:

“Bizim Elbəyli Həsənli adlı əməkdaşımız var idi. İndi İsveçdə, Sürixdə mühacirətdədir.
1999-cu ildə Səbail rayon Polis İdarəsinin rəisi Nazim Nağıyev Elbəyli Həsənlini ifadə almaq adı altında polis idarəsinə çağırdı. O zaman bizim redaksiya həmin idarəyə yaxın idi. Elbəyi redaksiyadan çıxan kimi qandalladılar. Onu təyyarəyə mindirib Naxçıvana apardılar. Elbəylini 3-4 gün əsir kimi saxladılar. Bu, Talıbovun sifarişi idi. Çünki Elbəyi onun haqqında yazı yazmışdı. Bir materiala görə Elbəyi ilə hərbi əsir kimi davranır, ona çörək-su vermirdilər".

Rauf Arifoğlu Vasif Talıbovun sifarişi ilə jurnalist İdrak Abbasovun döyüldüyünü də bildirib: "Vasif Talıbov QHT-lərə, siyasətçilərə qan uddururdu. Bax, o, belə bir şəxsdir”.

Xəbər 1080 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +