Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


27.01.2022  10:24 

PEŞƏKAR “obyektiv“, “demokrat“ riyakarlar





A+  A-

Ölkədə Qərbin nökərçiliyini edənlər peşəkar şəkildə maskalanırlar.

Bunlara görə, ABŞ haqqında neqativ söz demək olmaz. Xüsusilə ABŞ prezidenti demokratlardandırsa, üstünə toz qondurmazlar, qonan tozu isə öz "əlləri" ilə silərlər. Yox əgər prezident respublikaçılardandırsa, bu zaman ancaq onun öz şəxsi haqqında nələrsə deyərlər, amma Amerika Birləşmiş Ştatları dövlətinin ümumi dəst-xəttinə yenə töhfə verərlər.

ABŞ-ın Əfqanıstanda, İraqda, Suriyada başlatdığı müharibələrdən söz açmazlar, çünki AĞ EV bunlara görə, nə edibsə, dünyanı ağ günə çıxarmaq üçün edib.

Bunlar hətta obyektiv meyarlarla yanaşanda belə, Azərbaycan ya da Türkiyə haqlı olduğu təqdirdə belə buna qarşı çıxarlar, niyə də olmasın, axı bunlar özləri marionetkadır.
Bu arada, Qorbaçova Nobel sülh mükafatı verildiyinə görə, tezislərində onu müdafiə edən elementləri də gözə soxmağa çalışırlar. Axı Qorbaçov da bu mükafatı Qərbin dəstəyi ilə alıb. Əli qana batmış cani olsa da, Qərb amili olduğuna görə, Qorbaçov üçün də trolluq edirlər.

Peşəkar riyakarlıq əlahiddə istedaddır. Sizin istedadınız isə Qum hövzəsinin şəri-izahlarını müdafiə edən beyinlərdən, Rusiyanın marionetkası olmağa can atan iyrənc vücudlardan fərqlənmir.

PEŞƏKAR "obyektiv", "demokrat" riyakarlar.

Aqşin Kərimov

Xəbər 1773 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +