Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


22.12.2021  21:08 

Nazirlər görüşdü - Bakıda





A+  A-

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian arasında görüş başlayıb.

XəzərNews.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bu gün həmçinin Azərbaycan və İran xarici işlər nazirlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

Sonra nazirlər birgə brifinq keçiriblər.

C.Bayramov qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında əməkdaşlığa dair müqavilələr imzalanıb:

“Bugünkü görüşdə ikitərəfli əlaqələrin inkişafı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlı və digər mövzularda müzakirələr apardıq”.

C.Bayramov bildirib ki, Azərbaycanla İran arasında iqtisadi ticarət əlaqəsi böyük önəm kəsb edir:

“2021-ci ilin 10 ayı ərzində ölkələrimiz arasında iqtisadi ticarət sahəsində artım qeydə alınıb”.

Ölkələrimizin həyata keçirdikləri birgə layihələrdən söz açan nazir “Xudafərin” və “Qız qalası”, “Ordubad” su elektrik stansiyalarının inşasını, Astaraçay üzərində körpünün tikilməsini, İran-Azərbaycan-Rusiya dəhlizinin daha da təkmilləşdirilməsini, Neftçalada birgə avtomobil istehsalı zavodunun işə salınmasını misal gətirib.

XİN rəhbəri vurğulayıb ki, İranda yeni hökumət formalaşdıqdan sonrakı bir neçə ay ərzində bir sıra yeni layihələr barədə konkret icraatlar var:

“Aşqabadda Türkmənistan qazının İran ərazisindən keçməsi barədə müqavilə buna nümunədir. Ən önəmlisi isə yeni layihələrlə bağlı yol xəritəsi üzərində iş gedir”.

Xəbər 1820 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +