Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


27.07.2020  16:50 

İordaniya səfiri XİN-ə çağırıldı





A+  A-

Bu gün İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri XİN-ə çağırılıb. Xarici İşlər Nazirinin müavini Araz Əzimov ilə səfir Sami Abdulla Goşeh arasında görüş keçirilib.
XİN-dən XəzərNews.az-a verilən məlumata görə, görüşdə nazir müavini Araz Əzimov İordaniya səfiri ilə bu ölkənin Ermənistana silah satışı məsələsini müzakirə edib. Nazir müavini, Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılmadığı və hələ də ərazilərimizin beşdə birinin düşmən işğalı altında qaldığı, yüz minlərlə azərbaycanlının məcburi köçkün vəziyyətində yaşadığı və Ermənistanın iki dövlətin beynəlxalq sərhədində sonuncu hərbi təxribatının bu ölkənin təcavüzkar niyyətindən əl çəkmədiyini növbəti dəfə açıq şəkildə nümayiş etdirdiyi bir vaxtda İordaniya tərəfinin işğalçı ölkəyə silah satması ilə bağlı yayılan xəbərlərin geniş ictimaiyyətdə narazılıqla qarşılandığını səfirin diqqətinə çatdırıb.

İordaniya səfiri Azərbaycan tərəfinin narahatlığını anladığını qeyd edib. Azərbaycanla mövcud olan əlaqələrin strateji xarakterini nəzərə alaraq, mövcud narahatlığın aradan qaldırılması üçün bütün səylərini göstərəcəyini vəd edib.

Xəbər 2103 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +