Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - FOTO
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində - FOTO
Kiyevdə azərbaycanlı alimin də evi raket hücumundan zərər gördü
Hava şəraiti dəyişkən buludlu olacaq
Gəncədə bütün Şəhid plakatları və şəkilləri söküləcək?
Onlar azadlığa buraxılacaqmı? - Bu gün məhkəmədir
İlham Əliyev CGTN telekanalına müsahibə verib
Zelenski ilə razılaşmaq məcburiyyətindəyik - Tramp
Gündə min günah yuyuram! - Əli Hacı Ağaevli
Flora Kərimovanın səsi batdı


23.05.2021  09:45 

Nigeriyada təyyarə qəzası qurbanlarının sayı artıb





A+  A-

Nigeriyanın Kadun ştatında hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
XəzərNews.az-ın “Anadolu” agentliyinə istinadən məlumatına görə, bu barədə Nigeriya Müdafiə Nazirliyinin nümayəndəsi Məhəmməd Yerima bildirib. O, qeyd edib ki, Abujidən səmaya qalxmış təyyarədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi İbrahim Attairu da olub.

Onun sözlərinə görə, qəzanın təfərrüatı və matəm mərasimi haqqında təfsilat yaxın vaxtlarda elan ediləcək.

Öz növbəsində Nigeriya prezidenti Məhəmməd Buhari də qəzada həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib

"Onların hamısı bu torpaqda sülhü və təhlükəsizliyi təmin etmək üçün yüksək qiymət ödəyən qəhrəmanlardır", - deyə dövlət başçısı tvitterdəki səhifəsində yazıb.

Daha əvvəl bildirilirdi ki, qəza zamanı 8 nəfər həlak olub.

Xəbər 1990 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +