Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - FOTO
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində - FOTO
Kiyevdə azərbaycanlı alimin də evi raket hücumundan zərər gördü
Hava şəraiti dəyişkən buludlu olacaq
Gəncədə bütün Şəhid plakatları və şəkilləri söküləcək?
Onlar azadlığa buraxılacaqmı? - Bu gün məhkəmədir
İlham Əliyev CGTN telekanalına müsahibə verib
Zelenski ilə razılaşmaq məcburiyyətindəyik - Tramp
Gündə min günah yuyuram! - Əli Hacı Ağaevli
Flora Kərimovanın səsi batdı


01.06.2017  13:25 

“Bu camaatı aldatmaq olarmı?”





A+  A-

Tanınmış meyxanaçı Pərviz Bülbülə “Şou-məkan” proqramına maraqlı açıqlamalar verib.
XəzərNews.az xəbər verir ki, bir müddət əvvəl vulqar kəlmələrin bol-bol istifadə edildiyi meyxanalar bu sahəni insanların gözündən salsa da, Bülbülə bu fikirlə tam razı olmadığını söyləyib:

“Bəzi qabarıq fikirlər tək meyxanada deyil. Repdə də var, mahnıda da var, hər yerdə var. Hər zaman elə həmin fikirləri meyxanada tuturlar. Nə olsun ey, kimsə söyüş söyürsə, o demək deyil axı, bunun boynuna yıxmaq lazımdır ki, meyxana bax elə bu cürdür. Bizdə belə bir xasiyyət var ki, nəyinsə pisindən yapışırıq. Yaxşını görmürük. Kim nə edirsə, özü üçün edir. Mən sabah nəsə edərəm, ağzımın danışığını bilmərəm, qabarıq şəkildə nəsə deyərəm, o, mənim qüsurumdur. Bunun heç kimə aidiyyatı yoxdur”.

Şou əhlindən fərqli olaraq, meyxanaçı insanları aldatmaq istəmədiyini etiraf edib:

“Mən gündəmi tutan mahnıların kütləsini təmin etmək istəyəndə, görürəm ki, onları təmin edəndə, onlar üçün yazanda bu birilərdən daha çox irəli gedir. Mən sırf o məqsədlə oturmuram ki, nə edim ki, oxuduğum mahnı, dediyim meyxana tutsun. Bu camaatı aldatmaq olarmı?”

Xəbər 1752 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +