Sabiq prezidenin qızının milyonları geri qaytarılır
Ukraynalı jurnalistin cənazəsi qaytarılıb
3 nəfərə 3 milyon dollar “atmaqda” ittiham olunur
Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - FOTO
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində - FOTO
Kiyevdə azərbaycanlı alimin də evi raket hücumundan zərər gördü
Hava şəraiti dəyişkən buludlu olacaq
Gəncədə bütün Şəhid plakatları və şəkilləri söküləcək?
Onlar azadlığa buraxılacaqmı? - Bu gün məhkəmədir
İlham Əliyev CGTN telekanalına müsahibə verib


26.04.2024  09:53 

İranlı reper ölüm cəzasına məhkum edilib





A+  A-

İran İnqilab Məhkəməsi məşhur iranlı reper Tumac Salehini ölüm cəzasına məhkum edib.

Xəzərnews.az xəbər verir ki, bu barədə "Reuters" xəbər verir.

Salehiyə qarşı ittihamlar 2022-2023-cü illərdə İranda baş verən iğtişaşlarla bağlıdır. Musiqiçi Məhsa Əmininin polis şöbəsində ölümündən sonra başlayan etirazları dəstəkləyib.

33 yaşlı reper 2022-ci ilin oktyabrında saxlanılıb. O, korrupsiyanı yaymaqda günahlandırılıb. İran hakimiyyəti bunu şəriət qanunlarından kənara çıxma adlandırır və ölkə buna görə ölüm cəzası tətbiq edir.

Vəkil hökmdən apellyasiya şikayəti verəcəyini vəd edib. Müdafiə tərəfinin bunun üçün 20 gün vaxtı var.

Qeyd edək ki, 2023-cü ildə Salehi 6 il 3 ay həbs cəzasına məhkum edilib. O, Ali Məhkəmənin qərarı sayəsində ölüm hökmündən yayınıb.//Axşam.az

Xəbər 6580 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +