Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


03.10.2021  10:45 

Qaz, işıq, su - xəbərdarlıq olunmadan dayandırılacaq...





A+  A-

Kommunal xidmətlərlə bağlı hər ay vətəndaşlara sərfiyyata dair bildirişlər verilir. Bəzən ödənişlərin gecikdirilməsi və borcların yığılıb qalması halları qeydə alınır. Bəs abonentə verilən su, qaz və digər kommunal xidmətlər nə zaman dayandırıla bilər? Borc nə qədər olmalı və ya neçə müddət ödənməməlidir ki, vətəndaşın kommunal xidmətləri kəsilsin. Aidiyyəti qurumlardan suallarımıza cavab almışıq.
Abonentə göstərilən kommunal xidmətlər yalnız yüksək məbləğdə borc olduqda dayandırılır.

XəzərNews "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Bununla bağlı xidmət göstərən bir sıra qurumların mövqeyi eynidir.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyir ki, borca görə suyun kəsilməsi halları qanunvericilikdə nəzərdə tutulub. Cari ayın borcu ilə bağlı vətəndaşa bildiriş təqdim olunanda onun üzərində yazılan xüsusi qeydlə vətəndaşdan borcu ödəməsi xahiş olunur. Əgər vətəndaş borcu ödəmirsə, növbəti ayın bildirişində vətəndaşdan tələb olunur ki, ötən ayın borcu ödənsin.

Anar Cəbrayıllı onu da qeyd edib ki, borcu yüksək olan vətəndaşlara güzəştlər də edilir.

"Azəriqaz"ın mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, borcun vaxtında ödənməsi hər bir abonentin üzərinə düşən öhdəlikdir. Əks halda vətəndaşa bu barədə xəbərdarlıq edilir.

Bir ay müddətində abonent heç bir ödəniş etmirsə, mavi yanacağın verilişi dayandırılır.

Abonent borcunu ödədikdən dərhal sonra mavi yanacağın verilməsi təmin olunur.

Abonentə elektrik enerjisinin verilməsi isə ona sayğac göstəricisi təqdim edildikdən sonra bir ay müddətində tam məbləğdə ödəniş olmadıqda dayandırılır.

"Elektrik enerjisinin dayandırılmasına əsas olan borc məbləğinin minimum və ya maksimum həddi normativ hüquqi aktlarla müəyyən edilməyib",- deyə Vaqif Aydınoğlu qeyd edib.



Xəbər 1949 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +