Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


10.10.2023  22:02 

Zaqatalada yol qəzası baş verib





A+  A-

Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var.

Xəzərnews.az xəbər verir ki, hadisə axşam saat 17:30-da rayonun Aşağı Tala kəndi ərazisində, Zaqatala-Aşağı Tala avtomobil yolunda baş verib.

Taksi fəaliyyəti göstərən “VAZ 21011” markalı, 55 BN 267 dövlət nömrə nişanlı və “Mercedes” markalı, 99 GL 668 dövlət nömrə nişanlı iki minik avtomobili toqquşub.

Qəza zamanı xəsarət alan üç nəfər Zaqatala şəhər sakini - 1993-cü il təvəllüdlü Orxan Səməd oğlu Paşayev, onun qardaşı, 1990-cı il təvəllüdlü Elçin Səməd oğlu Paşayev və rayonun Aşağı Tala kənd sakini 1995-ci il təvəllüdlü Əzim Kazım oğlu Cavadov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.

Xəbər 3470 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +