Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


05.10.2018  13:24 

Fəzail Ağamalı sərnişindaşıma şirkətlərinə cəza TƏLƏB ETDİ





A+  A-

“Sərnişin daşıması ilə məşğul olan şirkətlərə ciddi nəzarət olunmalıdır”.
XəzərNews.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Fəzail Ağamalı deyib.
O xatırladıb ki, bu günlərdə Binə qəsəbəsində sərnişin daşıyan avtobus qatarla toqquşub və 2 nəfər ölüv, xeyli insan yaralanıb.

“Bu, bizim hər birimizi kədərləndirdi. Bu, ilk belə hadisə deyil və bənzər olaylar bir neçə dəfə baş verib. Bakının küçələrində şütüyən avtobuslar kifayət qədər ciddi problemlər yaradır. Ümidvaram ki, belə hadisənin səbəbkarı olan sürücü cəzasını alacaq”.

F.Ağamalı bildirib ki, həmin sürücüləri işə qəbul edən, ictimai nəqliyyatı tənzimləyən və belə bir səlahiyyəti olan özəl şirkətlərə hər hansı bir cəza tətbiq olunmur. Deputat deyib ki, bəzi avtobuslarda gediş haqqı kartla ödənildiyi halda, bir çoxlarında bu tətbiq olunmadığı üçün ciddi problemlər yaranır.

Deputat təklif edib ki, gələcəkdə həmin sürücüləri işə cəlb edən, onların üzərində yetərincə nəzarət funksiyasını yerinə yetirməyən şirkətlərin də məsuliyyətini artırmaq üçün Cinayət və Nnzibati Xətalar məcəllələrinə konkret əlavələr olunmalıdır.

Xəbər 1833 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +