Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...


27.12.2019  10:58 

Məmur olmaq istəyənlərə ŞAD XƏBƏR





A+  A-

İnzibati icraçı vəzifələrə aid vəzifə qrupları üzrə dekabrın 22-də keçirilən imtahanda iştirak edən ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən və dövlət qulluğunda çalışan namizədlər haqqında statistik məlumatlar açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən XəzərNews.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərdən 1817 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir.

İmtahan iştirakçıları və onların nəticələri haqqında növbəti statistik göstəriciləri təqdim edirik.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərdən 1817 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. Onlardan 746 nəfər imtahanı müvəffəqiyyətlə verib.

İmtahanda iştirak edənlərdən 450 nəfər isə məlumatları "Dövlət qulluqçularının reyestri" sisteminə daxil edilmiş şəxslərdən ibarət olub.

Onlar müsabiqə və ya müsahibə yolu ilə işə qəbul edilənlər, müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilənlər və işdən azad edilənlər kateqoriyalarına bölünür.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid müsabiqə və ya müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayı 69 nəfərdir. Hazırda bu şəxslər dövlət qulluğunda çalışırlar. Bu namizədlərdən 21 nəfər imtahandan uğurla keçmişdir. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə daha yüksək vəzifələrdə çalışmaq imkanından istifadə edə bilərlər.

Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxslərdən isə 323 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və onlardan 58 nəfər müvəffəqiyyət əldə edib.

İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 58 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və onlardan 13 nəfər uğur əldə etdib.

Ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 2267 namizəddən 838 nəfər (37.0%) müvəffəqiyyət əldə edib.

Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Müsahibə elanları mütəmadi olaraq DİM-in saytında yerləşdirilir.

Xəbər 1453 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +