Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


10.01.2024  12:55 

Komando bölmələrində məşğələlər keçirilir





A+  A-

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrində taktiki-xüsusi hazırlıq üzrə məşğələlər keçirilir.

Xəzərnews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, plana uyğun olaraq, komandolar əldə edilən kəşfiyyat məlumatına əsasən daimi dislokasiya məntəqəsini tərk edərək şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi istiqamətində hərəkət ediblər.

Əməliyyat rayonunun dərinliyinə sızan komandolar şərti düşmənin müvəqqəti sığınacaqlarının müəyyən edilərək mühasirəyə alınması və zərərsizləşdirilməsi, yaralıların təxliyə edilməsi və digər fəaliyyətlər üzrə tapşırıqları uğurla yerinə yetiriblər.

Sərt iqlim şəraitində komando bölmələri ilə keçirilən taktiki-xüsusi məşğələlərin əsas məqsədi hərbi qulluqçuların praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi, bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsi, eləcə də relyefə və hava şəraitinə uyğun maskalanma tədbirlərinin tətbiq edilməsidir.


Xəbər 1371 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +