Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


27.09.2018  11:05 

Yeməkdən sonra siqaret çəkmək Xərçəng riskini artırır





A+  A-

Türkiyə mətbuatında dərc olunan xəbərə görə, bir zamanlar böyüklərin bizə məsləhət gördüyü olmazların elmlə sübut edilə bilən səbəbləri varmış. Yeməkdən sonra bunları etməyin!
Yemək yedikdən sonra yatmaq həzm sisteminin yetərincə işləməməsinə, bağırsaq iltihablanmasına və mədə pozulmasına gətirib çıxarır. Eyni zamanda yemək yedikdən sonra yatmaq kilo artımına səbəb olur.

Yemək yedikdən sonra çimmək də olmaz. Çünki yeməkdən sonra qəbul edilən duş qan təzyiqini əl və ayaqlara doğru artırır ki, bu da həzm proseslərinə mənfi təsir göstərir.

Yemək yedikdən sonra piyada gəzmək də zərərli imiş. Belə ki, yemək yeyən kimi piyada uzun yol qət etmək həzmə ziyan vurur, yediyiniz yeməyin faydasının qalmamasına gətirib çıxarır. Yemək yedikdən 1 saat sonra piyada gəzmək olar.

Yemək yedikdən sonra kəmərinizi açmayın. Yeməkdən sonra kəməri boşaltmaq bağırsaq düyünlənməsinə səbəb ola bilər.

Yemək yedikdən sonra çay içmək də orqanizm üçün ziyanlıdır. Yeməkdən sonra içilən çay qidalarınızla qəbul etdiyiniz dəmir mineralının və zülalların bədən tərəfindən mənimsənilməsini məhdudlaşdırır.

Yeməkdən sonra meyvə yemək olmaz. Bu köpə, qarın ağrılarına səbəb olur

Yeməkdən sonra siqaret çəkmək də orqanizm üçün xüsusi təhlükəlimiş. Belə ki, yeməkdən sonra çəkilən bir siqaret 10 siqaretə bərabər hesab edilir. Və bu da xərçəngə yoluxma riskini artırır. (sputnik)

Xəbər 1662 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +