Deputat 7 il azadlıqdan məhrum edildi
Papanı ölümə buraxmaq istəyiblər, amma...
Ölüm, sənin əlindədir?!
Liftdə qaldı, FHN xilas etdi
Bu görüntülər Ermənistanı pis vəziyyətə qoydu
“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel


05.12.2018  17:41 

Rusiya Azərbaycana raket satmaqdan imtina etdi - Risk qorxusu...





A+  A-

Rusiya Azərbaycana “Bal-E” sahil raket kompleksi satmaqdan imtina edib.
XəzərNews.az xəbər verir ki, bu barədə “Kommersant” mənbəsinə istinadən məlumat yayıb. Buna səbəb kimi, həmin raketlərin Xəzər donanması üçün risk daşıya bilməsi göstərilib.

Qeyd edilir ki, daha əvvəl Rusiya və Azərbaycan arasında “Bal-E” raket kompleksinin və 3M24 raketinin satışına dair saziş paraflanmışdı.

Lakin sonra Rusiya Müdafiə Nazirliyi müqavilə ilə bağlı xüsusi mövqe nümayiş etdirib və kompleksin Azərbaycana satışını “məqsədəuyğun” hesab etməyib. Hərbçilər belə qənaətə gəliblər ki, hətta raketlərin ixrac modifikasiyası belə Rusiya gəmiləri üçün potensial təhdid daşıya bilər.

“Belə bir arqumentlə mübahisə etmək faydasız idi, buna görə də, imzalanan saziş stoldan yığışdırıldı. Bizim mövqeyimiz eşidildi” deyə hərbi məmurlardan biri təsdiqləyib.

Nəşrə danışan digər yüksək vəzifəli mənbə isə bildirib ki, Rusiya eyni zamanda, həmin silahın Dağlıq Qarabağ münaqişəsində istifadə edilməsini istəməyib.

Daha əvvəl “Bal-E” kompleksinin ixrac modifikasiyasının ilk alıcısının Liviya olacağı ehtimal edilirdi. Lakin orada 2011-ci ildə başlayan vətəndaş müharibəsi ilə əlaqədar Rusiya buna embarqo qoydu.

Qeyd edək ki, Azərbaycanın Rusiya ilə strateji tərəfdaş olduğunu nəzərə alsaq, “Bal-E” raket kompleksinin Xəzərdə Rusiya üçün hansı təhdid yaradacağı sual yaradır.

Raket kompleksindən Qarabağda istifadə edilməsinə gəlincə, xatırladaq ki, Azərbaycan Belarusdan aldığı və Ermənistanın sahib olduğu “İsgəndər” komplekslərindən xeyli üstün olan “Polonez” reaktiv yaylım atəşi sistemlərinə və İsraildən aldığı “LORA” əməliyyat-taktiki raket kompleksinə sahibdir.

Xəbər 1389 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +