Əvəz Zeynallının işinə bu tarixdə baxılacaq
Milli komandanın idmançısı cinsi təcavüzə məruz qalıb
Daha 3 itkin şəhid dəfn ediləcək
Ukrayna “Sikorsky S-76A” helikopteri alıb
Hədə-qorxu gəlib pul tələb edən şəxs saxlanılıb
Tbilisidə həbs edilən azərbaycanlı jurnalist azad edilib
Bakıdakı “casus yuvası” yenidən açılacaq?
Şabrançayda batan 2 nəfərin meyiti çıxarıldı
Bank kartlarından oğurluqlar davam edir
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı


19.08.2019  15:09 

Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır





A+  A-

Avqustun 20-də 2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada sənəd qəbulu başa çatır.
XəzərNews.az xəbər verir ki, bu gün saat 12:00-dək olan məlumata görə, artıq 9 272 nəfərin müraciəti qeydə alınıb. Müraciət edənlər əsasən aşpaz, dərzi, aqroservis mütəxəssisi, heyvandarlıq mütəxəssisi və kompüter operatoru ixtisaslarına üstünlük veriblər.

Peşə təhsili müəssisələrinə ərizə qəbulu “ASAN xidmət” mərkəzlərində təşkil edilir. “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə vətəndaşlara müvafiq peşə təhsili müəssisələrində elektron qaydada qeydiyyat üçün şərait yaradılıb. Peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.

Avqustun 21-də nəticələrin elan olunması nəzərdə tutulub.

Xəbər 1094 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?


BÜTÜN XƏBƏRLƏR +