Əvəz Zeynallının işinə bu tarixdə baxılacaq
Milli komandanın idmançısı cinsi təcavüzə məruz qalıb
Daha 3 itkin şəhid dəfn ediləcək
Ukrayna “Sikorsky S-76A” helikopteri alıb
Hədə-qorxu gəlib pul tələb edən şəxs saxlanılıb
Tbilisidə həbs edilən azərbaycanlı jurnalist azad edilib
Bakıdakı “casus yuvası” yenidən açılacaq?
Şabrançayda batan 2 nəfərin meyiti çıxarıldı
Bank kartlarından oğurluqlar davam edir
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı


07.08.2019  11:46 

“Kamillik“ İB nazirliyin dəstəyi ilə mədəni müxtəlifliyi təbliğ edir





A+  A-

“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “İnformasiya texnologiyalarından səmərəli istifadə etməklə mədəni müxtəlifliyin təbliği və “Multikultural Azərbaycan” internet səhifəsinin (multikultural.az) yaradılması” layihəsinin icrasını davam etdirir.
Layihənin hazırkı mərhələsində internet saytları vasitəsi ilə Azərbaycanda mədəni siyasət təbliğ olunub. İyunun 16-dan bu günədək müxtəlif informasiya resurslarında 11 məqalə yayımlanıb.

Bu dövrdə həmçinin milli azlıqların informasiya alətlərindən istifadə imkanları öyrənilib.

Hazırda azsaylı xalqları təmsil edən mədəniyyət mərkəzləri və cəmiyyətlərin monitorinqi aparılır.

Eyni zamanda Azərbaycan, rus və ingilis dillərində olacaq “Multikultural Azərbaycan” (multikultural.az) internet resursu hazırlanır. Hazırda sayt test mərhələsində öz işini davam etdirir.

Qeyd edək ki, “Multikultural Azərbaycan” (//multikultural.az/az/) internet resursu azsaylı xalqlara mədəniyyətinin təbliği istiqamətində davamlı informasiya dəstəyi göstərəcək, Azərbaycanda birgəyaşayış naminə həyata keçirilən mədəni siyasəti təbliğ edəcək.

Xəbər 1432 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?


BÜTÜN XƏBƏRLƏR +