Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


25.03.2023  15:58 

Sərnişin metro yoluna düşdü





A+  A-

Metronun “Memar Əcəmi” stansiyasında sərnişinlərdən biri stansiya yoluna düşüb.

XəzərNews.az “Bakı Metropoliteni”nə istinadən xəbər verir ki, stansiyaya daxil olan qatarın maşinisti dərhal reaksiya verərək, qatarı saxlayıb.

Lakin stansiya yolunda olan kişi sərnişinin ayağı zədələnib. Dərhal aidiyyəti üzrə tədbirlər görülüb, sərnişin qaydalara müvafiq olaraq stansiya yolundan çıxarılıb.

İlkin yardım göstərilib, təcili tibbi yardım çağırılıb. Aidiyyəti üzrə araşdırma aparılır və digər tədbirlər görülür.

Hadisə nəticəsində Yaşıl xətt üzrə intervaldan əlavə 10 dəqiqə yubanma yaranıb.

Xəbər 1058 dəfə oxunub.



24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +