Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


24.06.2017  10:08 

“Metroda bomba var” deyən adama güzəşt etmədilər





A+  A-

Bakı Apellyasiya Məhkəməsində terrorçuluq haqda bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Fəqani İsmayılovun barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsəsən, hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, Saray qəsəbəsində yaşayan, İmişli rayon sakini 1977-ci il təvəllüdlü F.İsmayılov 102 xidmətinə zəng edərək metroya bomba qoyacağını deyib. O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirəndirilir. Məhkəmə ifadəsi zamanı polisə zəng edərkən sərxoş olduğunu deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.İsmayılov 5 il müddətə azadlıqdan məhrum edilib.

Xəbər 1547 dəfə oxunub.



24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +