Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


01.06.2017  21:18 

Sərnişinlər oğrunu tutdu, 1 həftə sonra öldü





A+  A-

Bakıda istintaq təcridxanasında təqsirləndirilən şəxs ölüb.
XəzərNews.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında baş verib.

Belə ki, vərəm xəstəliyindən əziyyət çəkən 1962-ci il təvəllüdlü Məlikov Fəxrəddin İsabala oğlu təcridxanada ölüb.

Onun meyiti aidiyyəti üzrə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dünyasını dəyişmiş Fəxrəddin Məlikov bir həftə əvvəl - mayın 24-də Bakı şəhəri, Sabunçu rayonunda cibgirlik edərkən saxlanılıb. O, 107 saylı sərnişin avtobusunda Sultan Tağıyev adlı sərnişinin cibindən pul oğurlayarkən tutulub. S.Tağıyev onu döyüb. Vətəndaşlar F.Məlikovu polis əməkdaşlarına təhvil verib.

F.Məlikov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Xəbər 1311 dəfə oxunub.



24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +