Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


12.01.2021  15:43 

Kəmərə görə saxlanıldı, maşınından 2 kq narkotik çıxdı





A+  A-

Yanvarın 11-də saat 16 radələrində Binəqədi rayonu ərazisində “Opel” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
XəzərNews.az xəbər verir ki, yoxlama zamanı sürücünün Bakı şəhər sakini R.Cavadov olması müəyyən edilib.

Ödənilməyən cəriməsi olduğundan avtomobil cərimə meydançasına aparılan zaman polis əməkdaşları tərəfindən avtomobilin salonunda ağ rəngli kristallarla dolu büküm aşkar edilib. Bu zaman sürücü avtomobildən düşüb qaçmağa cəhd göstərib. Polis əməkdaşlarının çevikliyi sayəsində o, saxlanılaraq Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə təhvil verilib.

Avtomobilə baxış zamanı oradan əlavə 2 kiloqram 410 qram metamfetamin və marixuanaya bənzər maddə aşkar edilərək götürülüb.

Xəbər 1979 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +