Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


03.01.2021  11:48 

Bakıda Türkiyə vətəndaşı qadın tanışını və özünü bıçaqladı





A+  A-

Yanvarın 2-də, saat 03 radələrində Nəsimi rayonu ərazisində 1983-cü il təvəllüdlü Süleymanova Fidan Vaqif qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nəsimi rayon Prokurorluğundan XəzərNews.az-a verilən məlumata görə, Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, Türkiyə Respublikasının vətəndaşı 1972-ci il təvəllüdlü Ucrak Abdulhalim Sadik oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Fidan Süleymanovaya xəsarətlər yetirərək öldürməyə cəhd etməsindən sonra özünə də bir neçə bıçaq xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilərək stasionar qaydada müalicə olunurlar.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər 1421 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +