Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


24.12.2019  10:32 

Mağazalara qənim kəsilənlər SAXLANILDI





A+  A-

Zərdab rayonunda mağazalardan silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıblar.
Daxili İşlər Nazirliynin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinə rayon ərazisində fəaliyyət göstərən 3 mağazanın sahibi onlara məxsus obyektlərdən naməlum şəxslər tərəfindən pul, danışıq kartları, tütün məmulatları, spirtli içkilər və ərzaq məhsullarının oğurlnması barədə məlumat veriblər.

Şöbə əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib və zərərçəkənlərin izahatları alınıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisələrin Zərdab rayonu Əlibəyli kənd sakinləri Yalçın Qasımzadə, Elmaz Hüseynov və Ələddin İsazadə tərəfindən törədildiyi müəyyən edilib.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin Zərdab və ətraf rayonlarda digər hüquqazidd əməllərdə iştirak edib-etmədikləri araşdırmalardan sonra məlum olacaq.

Xəbər 1324 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +