“RR Construction” vətəndaşın evini söküb - Video
“VMR Estetik“in qurbanı: Ayağımdakı deşikdən 10 aydır irin axır
Səfərbərlik Xidmətinin idarə rəisi həbs edilib
Prezident İlham Əliyev və xanımı Çində
Ermənistan müxalifəti Azərbaycanla sülhə qarşı çıxır?
Peskov: “Rusiya ABŞ ilə əlaqələri davam etdirir“
İsveçrə Rusiyanın 8 media orqanına sanksiya tətbiq edib
Yelena Ukraynanın birinci xanımı olmağa hazır deyil
Qaynından əxlaqsız mesajlar aldı, ərinə göstərdi
Ölkənin ən işıqlı gəncini ölümə necə sürüklədilər?


21.03.2017  14:10 

Merkel Ərdoğana cavab verdi - “Faşist” qalmaqalı böyüyür





A+  A-

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniya kansleri Angela Merkelə “faşist” deməsinə qarşı tərəf reaksiya verib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, A.Merkel Yaponiya Baş naziri Şinzo Abe ilə Hannoverdəki görüşü zamanı Türkiyə ilə münasibətlərdən danışıb. O, bildirib ki, türk liderlərin faşist müqayisəsi sona çatmalıdır:

“Bu şərhim “ammalar” və “əgər”lər olmadan vacibdir. Türkiyənin 16 aprel refendumu ilə bağlı Almaniyada təşkil edəcəyi tədbirlərin keçirilməsini qadağan edə bilərəm. Almaniya Xarici İşlər Nazirliyi ötən həftəTürkiyəyə nota göndərib. Bu notada Türkiyə siyasətçilərinin Almaniyadakı tədbirlərə qatılmasına konstitusiya tələbləri çərçivəsində icazə veriləcəyi qeyd edilib. Əks təqdirdə, referendum tədbirlərində iştirak etmək icazəsinə yenidən baxılacaq”.

Xatırladaq ki, Ərdoğan bundan öncə Merkelə ünvanlı şəkildə “Sən də indi faşist qaydalarını tətbiq edirsən. Kimə? Almaniyadakı türk qardaşlarıma və ya ora gedən nazir, millət vəkili qardaşlarıma”, - deyə açıqlama vermişdi.



Xəbər 2653 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq

22.04.2025  11:14 

Naziri restoranda qarət etdilər

22.04.2025  10:43 

Kolleclərə yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +