Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb
Yanukoviç dövrünün siyasətçisi saxlanılıb
Şəhid olan üç hərbçinin dəfn mərasimi keçirildi
Raket düşən səfirliyimiz - Video
Azərbaycan Rusiyaya nota verdi
Masazırda qanunsuz tikililər söküldü
Bu komissiyanın tərkibi genişləndirildi - FƏRMAN
Türkiyədə əməliyyat – Azərbaycan polisi...
Doğum azalır: 10,1-dən 9,4-ə düşüb
9 ayda 15480 boşanma qeydə alınıb


27.02.2023  13:53 

“Şah kargo“nun rəhbəri Muxtar Məmmədov azadlıqda...





A+  A-

Ötən ilin yayında Dövlət Təhlükəsizliyi Xidmətinin Dövlət Gömrük Komitəsində keçirdiyi əməliyyatlar geniş müzakirələrə səbəb oldu.

Bu da təsadüfi deyildi. Çünki əməliyyatlar zamanı başda Gömrük Komitəsinin o zamankı rəhbəri Səfər Mehdiyev olmaqla bir sıra generalların qanunsuz əməlləri üzə çıxdı.

Aydın oldu ki, DGK-da yüksək vəzifə tutan generalların əksəriyyəti rüşvət və korrupsiyaya qurşanıb, müxtəlif qanunsuz əməliyyatlarla dövlətə yüz milyon manatlarla ziyan vurulub. Məhz bu səbəbdən DGK sədri Səfər Mehdiyev vəzifəsindən uzaqlaşdırıldı.

Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov, DGK yanında “Azərterminalkompleks” Birliyinin sabiq direktoru Ehtiram Xəlilov, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev, Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov və bir sıra digər yüksək vəzifəli şəxslər həbs olundular. Həmçinin DGK-da yüksək post tutan bir sıra generallar vəzifədən uzaqlaşdırıldılar.

Rəsmi məlumatlara görə, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin sabiq rəisi Məsum Rəsulov qurumun digər vəzifəli şəxsləri vasitəsilə “Azərterminalkompleks” Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında “Azerbaijan Legal Consulting İnternational Services” MMC, “Nanoc” MMC, “Veqa-Servis” MMC, “Meqan Group” MMC, “Omega Servis IKO” MMC, “Delta Servis İKO” MMC və digər şirkətlərin hesabına köçürülən pulları müvafiq xidmətlər göstərilmədən nağdlaşdıraraq mənimsəyib. Məsum Rəsulovun həmçinin Azərbaycan ordusunun düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçuları üçün “Azərterminalkompleks” Birliyində saxlanılan müxtəlif adda siqaretləri Müdafiə Nazirliyinə deyil, şəxsi münasibətdə olduğu əməkdaşı vasitəsilə satışa yönəltdiyi də bildirilir.

“Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində işləyən Etiram Xəlilov isə gömrük hərraclarının təşkili və həyata keçirilməsi qaydalarını pozmaqda, dövlət mülkiyyətinə keçirilən malları və nəqliyyat vasitələrini real dəyərindən qat-qat aşağı qiymətə rəsmiləşdirmək və satışını təmin etməklə dövlətə külli miqdarda ziyan vurmaqda təqsirli bilinir. O, həmçinin bu qanunsuz hərəkətlərə görə tabeçiliyində işləyən şəxslər vasitəsilə S.A.Qulamov, R.Ç.Hacıyev, S.F.Tağıyev, E.V.İbrahimov, T.D.Pənahov, S.H.Abdullayev, İ.M.Musayev, E.Y.Hümbətov, Ə.S.Əliyev və digər şəxslərdən təkrar külli miqdarda rüşvət almaqda günahlandırılır.
Bu ilin əvvəlində məhkəmənin qərarı ilə hər iki generalın həbs müddəti uzadılıb və onların işi ilə bağlı istintaq davam edir.

DTX-nın gömrük sistemindəki korrupsiya və digər qanunsuzlarla bağlı keçirdiyi əməliyyatlar zamanı həbs olunan şəxslərdən bir də "Şah kargo"nun rəhbəri, əslən Babək rayonunun Nehrəm kəndindən olan Muxtar Məmmədov idi. Onun adı idxal daşımaçılığı monopoliyasında hallanırdı. Qeyd olunurdu ki, Muxtar Məmmədov son 6 ildə gömrükdən Azərbaycana daxil olan malların rəsmiləşdirilməsində ciddi saxtakarlıqlara yol verib. Belə ki, daxil olan yüklərin real çəkisi sənədlərdə qat-qat aşağı göstərilib. Belə ki, 25-30 ton həcmində yük sənədlərdə 20 ton göstərilib. Bu proses illərlə davam edib. Hər yük maşınında 5-10 ton mal gömrük rəsmiləşdirilməsindən yayındırılıb və nəticədə yüz milyonlarla manat dövlət büdcəsinə ziya vurulub. Məhz bu qanunsuz əməllərinə görə gömrük generalları ilə eyni vaxtda Muxtar Məmmədov da saxlanılmış və onun barəsində 3 aylıq həbs qərarı verilmişdi.

Bakupost.az -a daxil olan son məlumata görə isə bu günlərdə Muxtar Məmmədov azadlığa buraxılıb.

Maraqlıdır, DGK rəhbərliyinin, daha dəqiqi, birbaşa Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinin rəisi, general Məsum Rəsulovun himayəsi altında və onun göstərişləri əsasında müxtəlif qanunsuz əməliyyatlarda iştirak edən, milyonlarla manat vəsaiti dövlət büdcəsindən yayındıran Muxtar Məmmədov məsuliyyətdən necə yaxa qurtara bilib? Axı, "Şah kargo" ölkədə ən böyük yükdaşımaları həyata keçirən şirkət olub...

Xəbər 3407 dəfə oxunub.




14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video

14.11.2025  15:59 

Azərbaycan Rusiyaya nota verdi

14.11.2025  15:21 

“Aztelekom”da nə baş verir?

14.11.2025  12:54 

“Səs” qəzeti niyə bağlanır?

14.11.2025  12:05 

75 yaşlı kişini əsir etmisiz

14.11.2025  11:58 

Sabirabadda qətl: Güllələdi...


BÜTÜN XƏBƏRLƏR +