Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb
Yanukoviç dövrünün siyasətçisi saxlanılıb
Şəhid olan üç hərbçinin dəfn mərasimi keçirildi
Raket düşən səfirliyimiz - Video
Azərbaycan Rusiyaya nota verdi
Masazırda qanunsuz tikililər söküldü
Bu komissiyanın tərkibi genişləndirildi - FƏRMAN
Türkiyədə əməliyyat – Azərbaycan polisi...
Doğum azalır: 10,1-dən 9,4-ə düşüb
9 ayda 15480 boşanma qeydə alınıb


14.08.2018  18:12 

“Fədayəyə vaqon açarı tapanda ağlıma gəlməzdi ki...” - Bacısı





A+  A-

Kriminal aləmin üzvü "Qoca" ləqəbli Etibar Məmmədovun və Əli Ağaminin dustaqların etap olunduğu xüsusi vaqondan qaçmasına köməklik etməkdə ittiham olunan Fədayə Laçının bu planda hansı rolu oynadığı bəlli olub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, onun ögey bacısı Telli Ağayeva istintaqa ifadəsində bu barədə danışıb.

Azərbaycan Dəmir Yolları İdarəsinin işçisi olan T. Ağayeva bildirib ki, Fədayə ilə münasibəti həmişə yaxşı olub: "Mən 2016-cı ildən Bakı-Tbilisi-Bakı istiqamətində vaqon rəisi işləyirdim. 2017-ci ilin oktyabr ayının əvvəllərində Fədayə "WhatsApp"da mənə vaqon açarı lazım olduğunu yazdı. Dedi tanışının həyətində qəfəs var, onu açmaq üçün üçküng vaqon açarı lazımdı. Mən də tanışlardan soruşacağımı dedim. Bu söhbətdən sonra həmkarım Ədalət Zeynalovdan açarı tapmaqda köməklik etməsini istədim. Ədalətlə görüşəndə açarı mənə uzatdı, amma həmin gün Tiflisə gedəcəyim üçün Fədayənin gəlib götürəcəyini dedim. Ədalətin telefon nömrəsini Fədayəyə verdim. Mən reysdə olanda Fədayə mesaj yazıb açarı götürdüyünü dedi. Bakıya qayıdandan sonra Ədalət açarı götürməyə şübhəli, narkomana oxşayan bir adamın gəldiyini və buna görə başının ağrıyacağını dedi. Mən isə bacımın mənə ziyan verəcək bir iş görməyəcəyini bildirdim.

Həmin açara "trexqranka" deyilir, silindirik formada olur, içərisi üçküncdür. Bu açarla qatarda vaqonun hər yerini açmaq mümkündür. Biz işlədiyimiz dövrdə bu açarı heç vaxt rəsmi qaydada qəbul etməmişik. Mən Ukraynada Xarkov dəmiryolçularından həmin açarı pulla almışdım. Mən Fədayə üçün vaqon açarı tapanda ağlıma da gəlməzdi ki, kimsə ondan istifadə edib həbsdə olan şəxslərin qaçmasını təşkil edəcək".

Qeyd edək ki, "Qoca" saxlanılarkən silahlı müqavimət göstərdiyi üçün öldürülüb, Ə. Ağami isə saxlanılıb. Bu hadisə ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin vəzifəli şəxsləri də həbs olunub.

Xəbər 3357 dəfə oxunub.




14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video

14.11.2025  15:59 

Azərbaycan Rusiyaya nota verdi

14.11.2025  15:21 

“Aztelekom”da nə baş verir?

14.11.2025  12:54 

“Səs” qəzeti niyə bağlanır?

14.11.2025  12:05 

75 yaşlı kişini əsir etmisiz

14.11.2025  11:58 

Sabirabadda qətl: Güllələdi...


BÜTÜN XƏBƏRLƏR +