Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb
Yanukoviç dövrünün siyasətçisi saxlanılıb
Şəhid olan üç hərbçinin dəfn mərasimi keçirildi
Raket düşən səfirliyimiz - Video
Azərbaycan Rusiyaya nota verdi
Masazırda qanunsuz tikililər söküldü
Bu komissiyanın tərkibi genişləndirildi - FƏRMAN
Türkiyədə əməliyyat – Azərbaycan polisi...
Doğum azalır: 10,1-dən 9,4-ə düşüb
9 ayda 15480 boşanma qeydə alınıb


07.05.2017  14:23 

Tanınmış alim Rəfiqə Əliyeva ilə vida mərasimi keçirilir





A+  A-

Tanınmış alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə Əliyeva ilə vida mərasimi keçirilir.
XəzərNews.az-ın APA-ya istinadən xəbərinə görə, AMEA-nın dairəvi zalında keçirilən vida mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, alimlər, mərhumun ailə üzvləri, ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak edir.

Qeyd edək ki, Rəfiqə Əlirza qızı Əliyeva mayın 6-da ömrünün 85-ci ilində vəfat edib.

Rəfiqə Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra ali təhsilini 1951–1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində alıb.

Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda başlayan Rəfiqə Əliyeva 1957-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində, 1958–1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışıb. 1960–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər universitetin analitik kimya kafedrasında işləmiş və burada assistent, baş müəllim, dosent, professor vəzifələrini tutub. O, 2001 ci ildən “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib.

Rəfiqə Əliyeva 1970-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib və həmin ildə professor adına layiq görülüb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.

Ömrünü kimya elminə həsr etmiş Rəfiqə Əliyeva bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf edib. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan alimin araşdırmaları analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunub. Rəfiqə xanımın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları, eyni zamanda, üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikasının işlənib hazırlanmasına yönəlib. Ekologiyanın aktual problemləri ilə bağlı işləri isə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini verib.

450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan Rəfiqə Əliyeva bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olub. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktorları yetişdirilib.

Tanınmış kimyaçı alim Rəfiqə Əliyevanın məhsuldar elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. O, Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Rəfiqə Əliyeva Azərbaycan prezidenti İlham Əliyevin bibisidir.

Xəbər 3009 dəfə oxunub.




14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video

14.11.2025  15:59 

Azərbaycan Rusiyaya nota verdi

14.11.2025  15:21 

“Aztelekom”da nə baş verir?

14.11.2025  12:54 

“Səs” qəzeti niyə bağlanır?

14.11.2025  12:05 

75 yaşlı kişini əsir etmisiz

14.11.2025  11:58 

Sabirabadda qətl: Güllələdi...


BÜTÜN XƏBƏRLƏR +