Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib
Göyçayın İcra başçısı Balakənə təyin olundu
Gədəbəyin İcra başçısı vəzifəsindən azad edilib
AzTV-nin müxbiridə ağır xəsarət aldı -FOTO


25.05.2023  13:07 

Etibarlı sülhü üçün özləri qərar verirlər - Rusiya XİN müavini





A+  A-

Bakı və İrəvan arasında sülh müqaviləsi uzunmüddətli, davamlı həll yollarına əsaslanmalıdır, eyni zamanda Azərbaycan və Ermənistan tərəfləri nəyin onların fundamental maraqlarına uyğun olduğunu və davamlı sülhü necə təmin etmək niyyətində olduqlarına özləri qərar verməlidirlər.

XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti-yə müsahibəsində bildirib.

O, tərəflər arasında sülh müqaviləsinin hazırlanması ilə bağlı sualı cavablandırarkən bunları deyib:

“Bu məsələlərin həddindən artıq həssaslığını nəzərə alaraq, danışıqlar prosesinin gedişatına mane olmamaq üçün onun gedişini şərh edə bilmərik. Bakı və İrəvan nəyin öz fundamental maraqlarına uyğun olduğunu və xalqları üçün sabit və etibarlı sülhü necə təmin etmək niyyətində olduqlarını özləri qərar verirlər. Eyni zamanda, əlbəttə ki, sülh müqaviləsi uzunmüddətli, davamlı həll yollarına əsaslanmalıdır”.

Rusiya xarici işlər nazirinin müavini əlavə edib ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh prosesini hər cür dəstəkləyir:

“2022-ci il oktyabrın 31-də Soçi sammitindən sonra liderlərin üçtərəfli bəyanatında regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyi vurğulanır”.

Xəbər 2844 dəfə oxunub.




12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı

11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +