Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib
Göyçayın İcra başçısı Balakənə təyin olundu
Gədəbəyin İcra başçısı vəzifəsindən azad edilib
AzTV-nin müxbiridə ağır xəsarət aldı -FOTO


25.05.2023  12:45 

Bəlkə imkan verəsiz elə Gürcüstandan 1,65 manata Aİ95 alıb ölkədə 2 manata sataq?!





A+  A-

“Bir neçə günlük Tiflisdə səfərdəyəm, ilk gözümə dəyən o oldu ki, burada Premium 98 markalı benzin 2.44-2.69 lari arası dəyişir, yəni, 1.62 manatla, 1.78 manat arasıdır, ən yüksək - yəni, 1.78 manat da SOCAR-dadır. Sadəcə SOCAR burada təkbaşına inhisarçı deyil deyə qiyməti bizdəki kimi 2 manat edə bilmir, yoxsa bizi soyduqları kimi gürcüləri də soyardılar”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı Natiq Cəfərli çıxış edib.

“Günümüzə bax da, Gürcüstanda benzinin bizdən ucuz dövrünü də gördük. İndi hökumət deyəcək ki, Aİ95-i biz tənzimləmirik ki, bazar tənzimləyir, amma həmişəki kimi düz deməyəcək - mənə, istehlakçıya nə fərqi var ki, qiyməti mənasız Tarif Şurası tənzimləsin, ya da inhisarçı SOCAR?!

Hörmətli qalstuklu müəllimlər, olmaz belə, bəlkə imkan verəsiz elə Gürcüstandan 1,65 manata PƏRAKƏNDƏ satışdan Aİ95 alıb (topdan daha ucuzdur, 15% fərq var) ölkədə 2 manata sataq?! Ya da nomal rəqabətli mühit yaradın, insanları bu qədər dolamayın...” - deyə iqtisadçı əlavə edib.

P.S. Fotoda SOCAR-ın Gürcüstanda Aİ95 üçün bugünkü qiymətidir. Orada bazar iqtisadiyyatı var, qiymət hər həftə dəyişir, bizdə isə bazar var, iqtisadiyyat yoxdur...



Xəbər 2986 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı

11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +