Rəqib yoruldu və nəticə belə oldu -Savo Vuçeviç
Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib


16.01.2023  10:36 

Üzqırxan əminin kəndli-şəhərli söhbəti...





A+  A-

KVN-imizin bir Bəhram əmisi var. Ömür boyu yardımçı rollarda oyunu ilə yadda qalıb. Azərbaycan tamaşaçısını gülüşün hırıldamaq mərhələsi ilə tanış edənlərdən biridir. Sual oluna bilər ki, ilk cümlədə nə üçün əmi yazmısan? Ona görə ki, uşaqlar onu daha çox "üzqırxan əmi" kimi tanıyıblar.

Gilette-nin Azərbaycandakı səlahiyyətli nümayəndəsi Bəhram Bağırzadə zaman-zaman öz səviyyəsiz çıxışları ilə də gündəmə gəlib. Bunlardan ən bərbadı və özünü daha çox aşağılamağa rəva gördüyü isə kəndli-şəhərli söhbətidir...

Bəhram bilmirəm ya şəhərli olmadığını yaxşı dərk etdiyi ücün, ya da özünü glamur göstərmək üçün belə səyləyir.

Yoxsa ölkədə kimin şəhərli, kimin kəndli olmasının nə fərqi var?

Mövzu Vətən olanda qaçıb arvad arxasında gizlənən glamurlardansa, kənddə daşın-torpağın içində böyüyən, tabutu uçuq-sökük komalardan çıxan, saf, səmimi, dürüst, özünü başqalarına reklam etməyən insanlar əlbəttə ki, daha üstündür.

Özünü mədəni göstərməyə çalışan, cəmiyyətin gözündə iki qəpiklik hörməti olmayan Bəhram Bağırzadəyə bir facebook dostumuzun statusunda lobalob dedim ki, səndən xoşum gəlmir. Çünki sən üzqırxan səviyyəsində bir insansan. Yəqin ki, o sözləri hələ unutmayıb. İşdir unudubsa, bu yazı ilə onun yaddaşını yenidən təzələyirəm.

Sonda oxuculardan soruşuram:

Bu adam cəmiyyətə nəyi göstərməyə çalışır? Məgər onu adam yerinə qoyan varmı?
Sonra Bəhram Bağırzadəyə üzümü tutub deyirəm: Get hırıldamağınla məşğul ol! Sən uzaqbaşı üzqırxan əmi səviyyəsində ola bilərsən. Cəmiyyəti kəndliyə, şəhərliyə bölməyə isə nə sənin səviyyən, nə də hünərin çatar!

Elmar Hüseynov

Xəbər 2506 dəfə oxunub.




12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +