AzTV-nin müxbiridə ağır xəsarət aldı -FOTO
Prezidentin səlahiyyətli nümayəndəsi təyin edildi
Qəzaya görə Gəncə konsertini təxirə saldı
Kinoya vəsait ayrılmaması təhlükə yaradır - Polad Bülbüloğlu
Aktyorun həyat yoldaşı açıq-saçıq geyimdə çimərlikdə
Təyyarəyə kənar müdaxilə ehtimalı varmı?
Rektor Varşava Universitetində çıxış edəcək
72 klinikada nöqsanlar aşkarlandı
Ukrayna Rusiyanın neft zavoduna hücum edib
Ruslar Zaporojyada üç kəndi ələ keçirdi


07.10.2022  11:39 

Bunu yalnız Qurban Qurbanov bilirdi





A+  A-

Hə, yaxın oturun ey, söhbətimiz var. Özü də şirin söhbət. Hamısını qoyuram bir tərəfə. Yalnız ikisi haqda söhbət edəcəyik. Yadınızdadır də, İbrahima Vaci “Qarabağ”a təzə gələndə nə yazırdıq? Mən yadınıza salacağam. Yazırdıq ki, bu hücumçu deyil. Tutuquşu kimi təkrarlayırdıq: “Qarabağ”a hücumçu lazımdır”.

“Qarabağ” Vacini satanda nə deyirdik? Deyim də: “Ovusu hücumçu deyil, Vacini nahaq satdılar”.

Sizi bilmirəm, mən indi əminliklə deyirəm ki, Ovusu Vacidən daha keyfiyyətli hücumçudur.

Bunu isə heç kim bilmirdi. Təkcə o bilirdi – Qurban Qurbanov. Qurban Qurbanov öz bildiyini edirdi, bilməyənlər isə ittiham edirdi, məsləhət verirdi, yol göstərirdi.

Bir qayıdaq ətrafımıza – ölkəmizə baxaq. Heç bir sahədə uğur yoxdur. Nə kollektiv, nə fərdi. Təhsilimiz bərbad, səhiyyəmiz yoxdur, jurnalistika it günündə, nəqliyyat sistemi iflic, iqtisadi durum acınacaqlı, politoloqlarımız tezisi əzbərçiləri…

Avropada öyünmək üçün bir tutacağımız var – “Qarabağ”. O da bir nəfərin sayəsində – Qurban Qurbanovun. Öz sahəsində hər şeyi hamımızdan yaxşı bilən adamın.

Heç nə bilməyənlər, bilmədiyi işin qulpundan yapışanlar, bildiyi işi yarıtmayanlar da ona məsləhət verməkdə.

İndi öyürük Qurban Qurbanovu. İlk büdrəmədə isə ittiham edəcək, ağıl verəcək, yol göstərəcək işini bilməyənlər, bacardığı işin qulpundan yapışmayanlar – bu boyda ölkədə işini bilən yeganə adama. Belə yerdə bilirsiniz nə deyərlər? Qulağınızı bəri edin. Ciddi situasiyada “gedin bacardığnız işlə məşğul olun”. Bir az zarafata salsalar isə “gedin hoppanın”.

Ovusu Vacidən daha keyfiyyətli futbolçudur. Bunu isə təkcə o bilirdi – Qurban Qurbanov.

Natiq Muxtarlı

Xəbər 8626 dəfə oxunub.




12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı

11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +