Rəqib yoruldu və nəticə belə oldu -Savo Vuçeviç
Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib


15.12.2021  19:28 

İki fərqli siyasi mədəniyyət... - Fotolar





A+  A-

Putinin vasitəçilik mədəniyyəti ilə Mişelin vasitəçilik mədəniyyəti bir-birindən yerlə göy qədər fərqlənir...

Putin istər Moskva, istərsə də Soçi görüşlərində Azərbaycan və Ermənistan liderləri arasında vasitəçilik edərkən ilk növbədə hər zaman özünün böyüklüyünü, Rusiyanın qüdrətini, gücünü göstərməyə çalışıb və diktə edən tərəf kimi çıxış edib.

O, hətta görüş masasında da üçtərəfliliyi, bərabərliyi pozmuş və İlham Əliyevlə Nikol Paşinyanı qarşı tərəfdə oturtmuşdu. Üstəgəl, masaya bircə stəkan su da qoydurmamışdı. Necə deyərlər, əsl Putinsayağı "qonaqpərvərlik"...

Ancaq Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Ermənistan və Azərbaycan liderləri ilə təşkil etdiyi görüş isə az qala hər bir detalı, nüansı ilə Putinin vasitəçilik görüşlərindən fərqlənirdi.



Fikir verdinizsə, zaldakı masa da fərqli idi, dəyirmi idi və hər kəs bir-birindən eyni məsafədə oturmuşdu. Yəni Şarl Mişel özünü "xozeyin" kimi, üstün mövqeli şəxs kimi, diktə edici tərəf kimi, vasitəçiliyi öz inhisarına almış monopolist kimi davranış sərgiləmirdi.

Mişel sözün əsl mənasında bərabərhüquqlu, demokratik və səmimi bir görüş ortamı yaratmışdı.

Ən önəmli məqamlardan biri isə Şarl Mişelin üçtərəfli görüşdən sonra Paşinyanla Əliyevi birbaşa danışmaq üçün tək qoyması idi.

Gəlin Mişelin bununla bağlı açıqlamasına baxaq:

"Brüsseldə üçtərəfli görüş zamanı mən Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevi birbaşa danışmaq üçün tək qoymuşdum. Birbaşa danışmaq da çox vacibdir və faydalıdır. Düşündüm ki, mən bu istiqamətdə dəstək verməli, kömək etməliyəm, çünki birbaşa danışıqlar naminə bu onlar üçün də vacibdir”.



Putin isə indiyə qədər heç bir görüşdə Əliyev və Paşinyanın birbaşa təmaslarına imkan yaratmayıb. Çünki o, tərəflər arasında birbaşa əlaqənin olmasını istəmir. Hər şeyi, bütün prosesləri öz nəzarətində saxlamaq istəyir.

Bəli, geosiyasi vasitəçilik heç də asan məsələ deyil. Və burda mentalitetlər, dünyagörüşləri, siyasi mədəniyyətlər də olduqca mühüm rol oynayır.

Bəybala Mirzəyev
XəzərNews.az


Xəbər 2875 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +