Rəqib yoruldu və nəticə belə oldu -Savo Vuçeviç
Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib


14.12.2021  15:12 

Tofiq Yaqublu qanunsuz dəstə tərəfindən döyülüb?





A+  A-

"Ötən gün Daxili İşlər Nazirliyində nazir müavini İsmət Əliyev, Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin əməliyyat işləri üzrə müavini Vüqar Ələkbərov və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovla görüşə getmişdik. Gözlənilmədən nazir Vilayət Eyvazov görüşə təşrif buyurdu və 3 saat davam edən görüşümüz oldu”.

XəzərNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri müxalif hüquq müdafiəçisi Rüfət Səfərov deyib. O bildirib ki, polis-vətəndaş münasibətləri, polisin aksiyalarda jurnalistlərə, vətəndaşlara davranışı görüşün əsas məsələsi olub.

R.Səfərovun sözlərinə görə, görüş zamanı 1 dekabr aksiyasında siyasətçi Tofiq Yaqublunun polis tərəfindən döyülməsi iddialarını da nazirlə müzakirə ediblər:

“Vilayət Eyvazov bildirdi ki, aksiyada saxlanılma və maşına mindirilmə zamanı müəyyən sıyrıqlar, yüngül xəsarətlər ola bilər. Amma Tofiq Yaqublunun üzündəki xəsarətlərin polisə aidiyyəti olmadığını dedi. Nazir bildirdi ki, məsələni prokurorluq araşdırıb qiymət verəcək.

Mən belə başa düşdüm ki, Tofiq bəy polisə aidiyyəti olmayan, qanunsuz dəstə tərəfindən Bakıdan 70-80 km kənara aparılıb, döyülüb. Bildirdik ki, nəyə görə bu hadisə ilə bağlı cinayət işi başlanmır. Nazirin fikri bu oldu ki, prokurorluq orqanları məsələni araşdırsın. Ondan sonra əgər hansısa polis məsuliyyət daşımalıdırsa, daşıyacaq”.

Xəbər 3151 dəfə oxunub.




12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +