Rəqib yoruldu və nəticə belə oldu -Savo Vuçeviç
Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib


02.11.2017  14:49 

“Turan“a qarşı cinayət işinə xitam verildi





A+  A-

"Turan” İnformasiya Agentliyi haqda cinayət işinə xitam verilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bu gün baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşən agentlik direktoruna bu barədə qərar təqdim edilib.

Vergilər Nazirliyinin irəli sürdüyü 37 min manatlıq vergi sanskiyası sübuta yetirilməyib. Buna görə də cinayət işinə xitam verilib.

Qeyd edək ki, avqustun 7-də Bakı Lokal Vergilər Departamenti agentliyin 31 iyul 2014-cü ildən 31 iyul 2017-ci ilə qədər olan dövrdə 26 907 manat məbləğində vergi ödənişindən yayınması və təxminən 10 000 manat cərimə tətbiq edilməsi haqqında qərar çıxarıb. Agentlikdən tələb olunan ümumi məbləğ təxminən 37000 manat təşkil edib.

Avqustun 8-də isə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti faktla bağlı səyyar yoxlamaya başlayıb.

Buna paralel olaraq, agentliyə qarşı cinayət işi açılıb, onun direktoru Mehman Əliyev isə avqustun 24-də həbs edilib. Sentyabrın 11-də ona qarşı "başqa yerə getməmək" haqqında qətimkan tədbiri seçilib.

Xəbər 2691 dəfə oxunub.




12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +