Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib
Göyçayın İcra başçısı Balakənə təyin olundu


10.08.2017  19:32 

Azərbaycanlı iş adamı yandırılaraq öldürüldü - Rusiyada dəhşətli qətl





A+  A-

Rusiyanın Tümen vilayətindəki Neftyuqansk şəhərində azərbaycanlı iş adamı İlyasov Fəzail Eldar oğlu vəhşicəsinə qətlə yetirilib.
XəzərNews.az-ın Lent.az-a istinadən xəbərinə görə, bu barədə “Basta”ya mərhumun dayısı oğlu Mərdan Mehdili məlumat verib. Mərdan Mehdilinin bildirdiyinə görə, Fəzail İlyasov iki gün əvvəl naməlum şəxslər tərəfindən oğurlanıb.

“Rusiya polisi iki gün idi ki, itkin düşmüş şəxs kimi onu axtarırdı. Bu gün səhər isə onun dükanı yandırılıb. Hadisə yerinə gələnlər onun öz dükanında yandırıldığını görüblər”.

Mərdan bəy onu da qeyd edib ki, mərhumun cənazəsi Rusiyada ekspertizadan keçirildikdən sonra Azərbaycana, Siyəzən şəhərinə gətiriləcək.Dəhşətli qətlin səbəbinə gəlincə, Mərdan Mehdili bununla bağlı məlumat olmadığını deyib.

“Onun kimsə ilə ədavəti, kiməsə borcu olmayıb. Əksinə, özü kimlərəsə borc pul verib. Qətlin səbəbi isə hələlik məlum deyil”.

Xəbər 3139 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +