Hava şəraiti: Arabir yağıntılı olacaq
Polad Bülbüloğluna ağır ittiham - Ramiz əmi ilə...
Bakının axşam tıxacı... - Siyahı
Səfirlik avtomobili velosiped zolağında - Foto
Bələdiyyə ilə kənd sakinləri arasında qalmaqal – VİDEO
Sabiq general-mayor yenidən vəzifədə
Prezident fərman imzaladı
Jurnalist saxlanıldı -Buna görə
Məşhur şadlıq evində yeməkləri camış ətindən bişiriblərmiş - FOTO
Nüşabə Musayeva: “Heç kəsin dədəsinə borcum yoxdur!”


13.11.2025  18:45 

Polad Bülbüloğluna ağır ittiham - Ramiz əmi ilə...





A+  A-

Çox düşündüm, baş sındırdım ki, görəsən bunu danışdıran nədir?

XəzərNews.az xəbər verir ki, bunu Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi bildirib.

O, "Facebook" hesabında Milli Məclisin Mədəniyyət komitəsinin sədri, sabiq mədəniyyət naziri Polad Bülbüloğlu iradlarını qeyd edib:

"1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində kinonu (təkcə kinonu deyil) dağıdan, Ramiz əmi ilə (Ramiz Mehdiyev) respublikanın bütün kinoteatrlarını (o dövrdə Azərbaycanda 100-lərlə kinoteatr var idi) satan, kino obyektlərini dağıdan, kinostudiyanın hektarlarla ərazisini restoranlara, tikinti şirkətlərinə "hədiyyə edən", Şıxovda keçmiş SSRİ-də dəniz çəkilişləri aparmaq üçün dəniz səviyyəsi ilə eyni olan yeganə çəkiliş hovuzunu basıb yeyən, hər rayonda, hər kənddə olan klubları, kitabxanaları rahatca həzm edib üstündən su içən, hələ üstəlik Azərbaycanda mövcud olan 5000-dən artıq kino nümayişi avadanlığını ("sehirli" çubuğu ilə) nazirliyin balansından sildirən, Kinoprokat kimi böyük bir strukturu ləğv edən (kinoprokatın müdirini işdən çıxara bilmədi deyə, idarəni ləğv etdi), əmlakını isə "spisat" edən birinə nə düşüb görəsən, kinoya pul ayrılmasının vacibliyindən danışır?

Nəhayət ki, gecənin bu saatında başa düşdüm. Yadıma düşdü ki, bir neçə gün bundan qabaq işbaz, dələduz, oğru Şvıdkoy Azərbaycanla mədəni əlaqələrin yenidən qurulmasının mümkünlüyündən danışırdı. Ramiz əmi vurulandan sonra qeybə çəkilənlərə bir mesaj idi deyəsən...Bunlar da yavaş-yavaş baş qaldırmağa başlayıblar. Yəqin Moskvadan göstəriş gəlib.

Başqa səbəb isə odur ki, gələn il millətimizi aşağılayan "Qorxma, mən səninləyəm" filminin 3-cü hissəsini çəkmək keçir xəyallarından. Yenə bizim pulumuza bizi aşağılamaq istəyirlər.

İnanın ki, bunları milli mədəniyyətimiz, incəsənətimiz, kinomuz, teatrımız, ədəbiyyatımız, musiqimiz, rəngkarlığımız qətiyyən düşündürmür. Yalnız və yalnız şəxsi maraq və Moskvadan gələn tapşırıq olanda səsləri çıxır. Yoxsa bunun bu ahıl yaşında nə vecinədi ki, gələn il kinoya pul ayıracaqlar ya yox..."/"Yeni Sabah"

Xəbər 1263 dəfə oxunub.




13.11.2025  16:52 

Prezident fərman imzaladı

13.11.2025  16:49 

Jurnalist saxlanıldı -Buna görə

13.11.2025  12:11 

RUSİYANIN YALVARIŞLARI

13.11.2025  10:54 

Tanınmış professor vəfat edib

13.11.2025  10:47 

Prezident onları qəbul edib

12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün


BÜTÜN XƏBƏRLƏR +