Bakıda 100 minlik dələduzluq
Bakının axşam tıxacı - SİYAHI
“Abzas Media” işi ilə bağlı məhkəmə prosesi keçirilib
Vahid Ələkbərov Rusiyanın ən varlı adamı oldu
Rusiyaya casusluq edən ukraynalı Polşada saxlanıldı
İsveçrə Rusiyanın 8,38 milyard dollarlıq aktivlərini dondurub
“Kanal S”in aparıcısını ağ yuyub, qara sərdilər - RƏY
“Top Qapı” restoranında təmir və kabab... - Foto
Kadırov 17 yaşlı oğlunu DİN-nin kuratoru təyin edib
“Melissa Group”da mənzillərin satışı dayandırıldı


09.12.2021  09:37 

Jurnalist Tural Müseyibovla bağlı daha bir qalmaqal - Şəhid atası onu polisə verdi





A+  A-

Şəhid atası tanınmış jurnalist Tural Müseyibovdan polisə şikayət edib.

XəzərNews.az Bakupost.az-a istinadən xəbər verir ki, dekabrın 2-də Sahil qəsəbə sakini 1963-cü il təvəllüdlü Namiq Kəlbiyev DİN-in Baş Cinayət Axtarış İdarəsinə (BCAİ) ərizə ilə müraciət edərək bildirib ki, jurnalist Tural Müseyibov Vətən Müharibəsində şəhid olmuş oğlu Şaiqin adını sosial şəbəkələrdə “LGBT” üzvü kimi təqdim edib. Bununla da şəhidin adı ləkələnib.

Faktla bağlı Qaradağ RPİ-nin 38-ci PB-də araşdırma aparılır.

Tural Müseyibov Bakupost.az -a faktı təsdiqləyib.

Bildirib ki, məsələ ilə bağlı polisə dəvət olunub və izahatı alınıb:

“Mən Şəhid atasının bu addımını dəstəkləyirəm. Bəlkə bundan sonra həqiqət üzə çıxa. Şəhid ailəsinə və cəmiyyətə yanlış məlumat verib, şərhimi təhrif edənlər aşkar olunar.
Aparılan araşdırma nəticəsində mənim şərhimin hansı statusa yazıldığı, kimlərin Şəhidin adını çəkərək "LGBT" üzvü kimi təqdim etdiyi, bu günlərdə də yenidən mənim şəkilimlə Şəhid Şaiq Kəlbiyevin şəkilini birgə təqdim edərək başlıq yazanları, Şəhidin adını "LGBT" ilə əlaqələndirənlərin kimliyinin aşkara çıxarılacağına əminəm.

Bir daha vurğulamaq istəyirəm ki, mən Şəhid Şaiq Kəlbiyevin adı qeyd olunan hər hansı statusa, şəkilə nəinki şərh yazmamışam, yazdığım şərhdə belə Şəhidin adını çəkməmişəm. Şəhidin ailəsini və cəmiyyəti narahat edən bu faktın gündəmə gəlməsinin səbəbkarları, Şəhid adını "LGBT" ilə əlaqələndirənlər, video və foto materiallar hazırlayanlar, mənə təhdid dolu mesaj ünvanlayanlar, bu işi şəxsi məqsəd və maraqları üçün istifadə edənlərin hamısı polisin araşdırması nəticəsində aşkara çıxacaq.

Şəhid Şaiq Kəlbiyevi “LGBT” üzvü kimi təqdim edən şərh və statuslar, bu fikri yazanların profilləri, ilk dəfə whats up da 1 ıl əvvəl mənə yazılan mesajlar, Facebook və instagrama gələn mesajlar,kənar təsirlə şübhə yaradan mövqe dəyişikliyi ilə whats upa ünvanlanan mesajlar dəlil sübut olaraq tərəfimdən polisə təqdim edilib.

Şəhid Şaiq Kəlbiyevin adını qeyd edib fikir yazanlar dərk etməlidir ki, onlar 1 il əvvəl, bu gün və sonra yazacaqları hər sözə görə məsuliyyət daşıyırlar. Şəhid ailəsini narahat edən, Şaiq Kəlbiyevi lgbt üzvü kimi təqdim edərək ictimaiyyərdə rəy formalaşdıranların kimliyi də tezliklə aşkara çıxacaq”.

Məlumata görə, məsələ ilə bağlı daha bir neçə jurnalist polisə dəvət olunub.

Xəbər 1732 dəfə oxunub.




01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI

01.04.2025  14:57 

Sabah gündüz 25° isti olacaq

01.04.2025  14:43 

Qara dənizdə atəşkəs var?

01.04.2025  13:58 

Annalena Baerbok Ukraynaya gedib

01.04.2025  13:14 

Mən niyə "supa oturmuşam?"


BÜTÜN XƏBƏRLƏR +