İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


10.08.2018  20:41 

Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşdü





A+  A-

Azərbaycanın Baş naziri Novruz Məmmədov ölkəmizdə rəsmi səfərdə olan Tacikistan prezidenti Emoməli Rəhmonla görüşüb.
XəzərNews.az xəbər verir ki, Azərbaycanla Tacikistan arasında ənənəvi dostluq münasibətlərini xatırladan Baş nazir hazırda əlaqələrimizin yüksək səviyyədə davam etdiyindən məmnunluğunu bildirib.

Tacikistan prezidentinin ölkəmizə rəsmi səfərinin siyasi-iqtisadi və humanitar əməkdaşlığımızın daha da dərinləşməsi baxımından əhəmiyyətli olacağını vurğulayan N.Məmmədov qeyd edib ki, səfər çərçivəsində hər iki ölkənin prezidentləri arasında keçirilən yüksək səviyyəli görüşlər, aparılan danışıqlar və imzalanan sənədlər çoxşaxəli münasibətlərimiz üçün yeni perspektivlər açacaq, qarşılıqlı sərmayə qoyuluşuna şərait yaradacaq.

E.Rəhmon regionun ən inkişaf etmiş ölkələrindən biri olan dost Azərbaycana səfərindən məmnunluq ifadə edərək, bu səfərin çox məhsuldar və səmərəli keçdiyini vurğulayıb. O, iqtisadi-ticari, dağ-mədən sənayesi, kənd təsərrüfatı, nəqliyyat, təhsil, mədəniyyət və digər sahələrdə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlığın xalqlarımızın mənafeyinə uyğun olduğunu diqqətə çatdırıb.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında da ali qonağa ətraflı məlumat verilib. Baş nazir Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə münaqişənin həllinin yubadılmasının bütün regionda sülhə və əmin-amanlığa təhlükə yaratdığını diqqətə çatdırıb.

Xəbər 2093 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +