İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


23.06.2018  11:00 

İlham Əliyev Əlcəzairin ədliyyə nazirini qəbul etdi





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Əlcəzair Xalq Demokratik Respublikasının ədliyyə naziri Tayeb Louhun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XəzərNews.az xəbər verir ki, Prezident İlham Əliyev Əlcəzairin ədliyyə naziri Tayeb Louhun Azərbaycanda çoxlu sayda məhsuldar görüşlər keçirməsindən məmnunluğunu ifadə etdi, nazirlər səviyyəsində qarşılıqlı səfərləri ədliyyə sahəsində əməkdaşlığın uğurlu inkişafının göstəricisi kimi dəyərləndirdi. Azərbaycanın Əlcəzair ilə ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlı olduğunu deyən dövlətimizin başçısı vurğuladı ki, siyasi əlaqələr çox yaxşı səviyyədədir, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatında uğurlu əməkdaşlıq həyata keçirir. Azərbaycanın İslam həmrəyliyi işinə verdiyi töhfəyə toxunan Prezident İlham Əliyev keçən il ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan olunduğunu, Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyini qeyd etdi. Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin növbəti mərhələsində iqtisadi əməkdaşlıq məsələlərinə daha çox diqqət yetirilməsinin və ticarət dövriyyəsinin artırılmasının vacibliyini bildirdi. Prezident İlham Əliyev, eyni zamanda, qeyd etdi ki, humanitar sahədə də əməkdaşlığın genişləndirilməsi, o cümlədən insanlar arasında əlaqələr, turistlərin qarşılıqlı səfərləri böyük önəm daşıyır. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin bundan sonra da uğurla inkişaf ediləcəyinə əminliyi ifadə etdi.
Ədliyyə naziri Tayeb Louh Əlcəzair Prezidenti Əbdüləziz Buteflikanın salamlarını və eyni zamanda, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı. O qeyd etdi ki, Əlcəzair Prezidenti dövlətimizin başçısına fəaliyyətində yeni-yeni uğurlar və Azərbaycan xalqına Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə davamlı inkişaf və tərəqqi arzulayır. Tayeb Louh bildirdi ki, Əlcəzair dövlətinin başçısı Azərbaycan ilə münasibətlərin inkişafına yüksək diqqət yetirir və bu istiqamətdə müvafiq tapşırıqlar verib. Nazir ölkələrimiz arasında tarixi əlaqələrin mövcud olduğunu və bu əlaqələrin getdikcə uğurla inkişaf etdiyini vurğuladı.
Dövlətimizin başçısı Əlcəzair Prezidenti Əbdüləziz Buteflikanın salamlarına və təbriklərinə görə minnətdarlığını bildirdi, onun da salamlarını Əlcəzair Prezidentinə çatdırmağı xahiş etdi.
Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər 2488 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +