Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


17.03.2023  18:29 

Bayram günləri hava necə olacaq?





A+  A-

Bakıda və Abşeron yarımadasında bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb.

XəzərNews.az Milli-Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, martın 19-da paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şimal küləyi 5-10 m/s. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq.

Martın 20-də bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi 7-12 m/s. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-16° isti olacaq.

Martın 21-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi 8-13 m/s, arabir 15-18 m/s. Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti olacaq.

Martın 22-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 12-15° isti olacaq.

Martın 23-də bəzi yerlərdə arabir yağış yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək, axşam 8-13 m/s-dək mülayimləşəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-14° isti olacaq.

Martın 24-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 8-13 m/s.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-16° isti olacaq.

Xəbər 1147 dəfə oxunub.




29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +