“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel
İsrail Yəmən və Qəzza zolağından hücum edib
Ukrayna Rusiya ilə tam atəşkəs ideyasını dəstəkləyir - Səfir
“TikTok“er 10 sutkalıq həbs olundu
Elnarə Abdullayevanın 4 milyona tikdirdiyi villası - VİDEO
Neftin qiyməti bəlli oldu


10.02.2022  16:28 

3 media qurumuna 72 saat vaxt verilib - Türkiyədə





A+  A-

Türkiyənin yayım nəzarəti orqanı lisenziya üçün müraciət etməsələr, DW, “Amerikanın Səsi” və “Euronews”u ölkə ərazisində bloklamaqla hədələyib.

Türkiyə Radio və Televiziya Üst Şurası (RTÜK) hər 3 media qurumuna 72 saat vaxt verib.

Türkiyənin müxalif Cümhuriyyət Halk Partiyasından (CHP) olan RTÜK üzvü Okan Konuralp “Twitter” hesabında bunları yazıb:

““Deutsche Welle”, “Amerikanın Səsi” və “Euronews”a RTÜK tərəfindən 72 saat vaxt verilib. Onlar bu müddət ərzində yayım lisenziyası üçün müraciət etməlidirlər, əks halda yayım qadağası ilə üzləşəcəklər”.

RTÜK-ün vitse-prezidenti İbrahim Uslu Almaniyanın DPA xəbər agentliyinə bu məlumatı təsdiqləyib.

O bildirib ki, DW dərhal öz internet saytı üçün lisenziya üçün müraciət etməlidir, əks halda, saytına Türkiyədən giriş mümkün olmayacaq: “Bu, təkcə DW yox, həm də ABŞ-ın “Amerikanın səsi” radiosuna, Avropanın “Euronews” xəbər agentliyinə də aiddir”.

RTÜK-ün də üzvü olan jurnalist İlhan Taşçı bu qərarın tənqidi xəbərləri susdurmaq üçün atılan növbəti addım olduğunu bildirib: “Bu, o deməkdir ki, beynəlxalq yayımçılar media nəzarətçilərinin hədəfinə çevrilib. Qərar mətbuat azadlığına birbaşa müdaxilədir”.

Okan Konuralp da DW-yə açıqlamasında AKP hökumətinin bütün internet məzmununa həm beynəlxalq, həm də milli səviyyədə nəzarət etmək istədiyini bildirərək, qərarı tənqid edib.

İbrahim Uslu isə senzura ilə bağlı bütün iddiaları rədd edib.

O deyib ki, bunu təhlil edib, hakimiyyətdən rəsmi bildiriş aldıqdan sonra necə davam

Türkiyə son illərdə AKP-nin dominant olduğu RTÜK-ə bütün onlayn məzmunlar üzərində geniş səlahiyyətlər verərək media tənzimləmələrini sərtləşdirib.

Ölkədəki əsas media orqanlarının təxminən 95 faizi administrasiyadan böyük müqavilələr alan hökumətyönlü şirkətlərə məxsusdur.

Xəbər 1794 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...


BÜTÜN XƏBƏRLƏR +