Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


22.10.2020  08:56 

Avropa İttifaqının fövqəladə sammiti çağırıldı





A+  A-

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel oktyabrın 29-da koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərini müzakirə etmək üçün Avropa İttifaqının dövlət və hökumət başçılarının videokonfrans formatında fövqəladə sammitini çağırmağı qərara alıb.
XəzərNews.az bildirir ki, bu barədə o, tvitter səhifəsində məlumat verib.

“Liderləri 29 oktyabr 2020-ci ildə COVID-19 üzrə qeyri-rəsmi videokonfransa dəvət edirəm”, - o yazıb.

Bu, oktyabr ayında Aİ-nin üçüncü sammiti olacaq. Liderlərin ilk iki görüşü pandemiya probleminə tam həsr olunmasa da, onların gündəliyində əsas yerlərdən birini tuturdu.

Pandemiyanın başladığı vaxtdan indiyədək dünyada 40,8 milyona yaxın insan koronavirusa yoluxub, 1,12 milyondan çox insan bu virusdan dünyasını dəyişib.

Xəbər 1988 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +